ABŞ hələ belə cavab almamışdı – Abdullahi ABŞ hələ belə cavab almamışdı – Abdullahi
7-09-2026, 00:08
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi ABŞ-nin son 80 il ərzində İranın verdiyi kimi sərt “xeyr” cavabı ilə qarşılaşmadığını bildirib.
Bu barədə “Mehr news” məlumat yayıb. Generalın sözlərinə görə, ABŞ İrana hücum etməzdən əvvəl Tehranın təslim olmağa məcbur ediləcəyini düşünürdü. Lakin bu gözlənti özünü doğrultmayıb.
Abdullahi ABŞ və İsrailin hərbi sahədə əldə edə bilmədiyi strateji nəticələri hibrid və informasiya müharibəsi, “yumşaq güc” və iqtisadi təzyiq vasitəsilə əldə etməyə çalışdığını iddia edib.
İranlı general bu vasitələrin də Tehranın məğlubiyyətinə səbəb olmayacağını vurğulayıb.