ABŞ elçiləri Kiyevə gəlir – Danışıqlar nə vaxt başlayacaq?

6-09-2026, 00:13           
ABŞ elçiləri Kiyevə gəlir –
Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, sentyabrın 6-da Kiyevdə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması çərçivəsində Amerika nümayəndə heyəti ilə danışıqlar baş tutacaq.

TEREF "Report"a istinadla xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarınbda yazıb.

"ABŞ Prezidentinin (Donald Tramp) nümayəndələri artıq bu gün Rusiya tərəfi ilə işə başlayıblar. Sabah Kiyevdə Amerika komandasının iştirakı ilə diplomatik tədbirlərin planı təsdiqlənib. Stiv Vitkoff və Cared Kuşneri gözləyirik və məzmunlu danışığa hazırıq", - Zelenski dəqiqləşdirib.

O həmçinin təsdiqləyib ki, danışıqlar müddətində Ukrayna Silahlı Qüvvələri hava zərbələrinin dayandırılması rejiminə əməl edəcək: "Bundan sonra və şənbə gününün sonunadək, eləcə də bazar və bazar ertəsi günləri Ukrayna Moskvaya zərbələr endirməkdən çəkinməyə hazırdır və hesab edirik ki, ruslar da Kiyevə".

Ukrayna lideri həmçinin Kiyevin diplomatik trekdəki fəaliyyətinin güclü və effektiv olacağına ümid etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]