Bəqai CENTCOM-un Sirikə hücumla bağlı bəyanatına etiraz edib

3-09-2026, 07:24           
Bəqai CENTCOM-un Sirikə hücumla bağlı bəyanatına etiraz edib
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sentyabrın 1-nə aid hücumlarda Sirikdəki toy mərasiminin atəşə tutulması barədə ittihamlarla razılaşmayıb, İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai isə Amerikanın bu mövqeyinə etiraz edib.

"Fars" agentliyi xəbər verir ki, CENTCOM Amerikanın mülki vətəndaşları hədəfə almadığını xatırladıb.

Bəqai isə ABŞ-nin keçmişi unutduğunu iddia edərək, filmdən nümunə gətirib: "Hətta ABŞ istehsalı olan "Homeland" serialının dördüncü mövsümündə Amerikanın pilotsuz uçuş aparatının Pakistanda bir toy mərasiminə hücumu təsvir edilib; təxminən 40 mülki şəxsi öldürən hücum".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]