Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır.
2-09-2026, 12:28
Ukraina(Zelenskiy) Rusiyanı(Putini) sülhə məcbur etmə taktikasını dəyişir. Belə ki, Ukrayna Rusiyanın hava məkanının bloklanması kampaniyasına başlayır. Ukrayna Rusiya paytaxtını iflic etməyi planlaşdırır: Ukrayna Silahlı Qüvvələri süni intellektli minlərlə dronla Moskva hava limanlarını vuracaq Ukrayna hərbçiləri Moskvanın hava limanlarına kütləvi dron hücumlarını nəzərdə tutan “M&Ms” əməliyyatı planı hazırlayıblar. Planlaşdırılır ki, sutkada 1000-ə qədər pilotsuz uçuş aparatı buraxılsın. Dronlar süni intellektdən istifadə edən avtonom tuşlama sistemi ilə təchiz olunacaq. Onların hədəfləri müstəqil şəkildə müəyyənləşdirməsi və Rusiya hava hücumundan müdafiə sistemlərindən yayınması nəzərdə tutulur. Əməliyyatın məqsədi Moskva ilə beynəlxalq hava əlaqəsini pozmaq və Rusiya elitasına təzyiq göstərməkdir. Hesablamaya görə, elita öz növbəsində Putini müharibəni dayandırmağa məcbur edə bilər. Layihə çərçivəsində ukraynalı mütəxəssislər yeni avtonom tuşlama sistemi üzərində işləyiblər. Nəriman Abdinov