Tramp İrana qarşı nüvə silahının tətbiqi ilə bağlı QƏRARINI AÇIQLADI

1-09-2026, 09:47           
Tramp İrana qarşı nüvə silahının tətbiqi ilə bağlı QƏRARINI AÇIQLADI
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Tehrana qarşı nüvə silahından istifadə etməsi ehtimalını istisna etdiyini bildirib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran ABŞ lideri deyib:

"Mən bunu istisna edirəm. Buna ehtiyac yoxdur. Əslində, bu, necə də axmaq sualdır".

Hörmüz boğazındakı vəziyyətdən danışan prezident qeyd edib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin köməyi ilə hər gecə orta hesabla 30-a yaxın gəmi boğazdan keçir.

"Hörmüz boğazı ilə bağlı hər şey tam qaydasındadır. Ötən gecə Hərbi Dəniz Qüvvələrinin köməyi ilə oradan çox sayda gəmi keçib", - deyə o bildirib.

Onun sözlərinə görə, boğazdan əhəmiyyətli həcmdə neft də daxil olmaqda davam edir və bunun sayəsində neftin qiyməti mümkün olduğu qədər kəskin artmayıb.

ABŞ və İsrail fevralın 28-də İranla müharibəyə başlayıb. İyun ayında Vaşinqton və Tehran bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıb. Lakin iyulun 8-nə keçən gecə ABŞ İranı əldə olunmuş razılaşmaların Hörmüz boğazı ilə bağlı hissəsini pozmaqda ittiham edərək İrana qarşı genişmiqyaslı zərbələri bərpa edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]