Makronun reytinqi 21 faizə düşüb

31-08-2026, 00:10           
Makronun reytinqi 21 faizə düşüb
Fransa Prezidenti Emmanuel Makronun reytinqi 21 faizə düşüb.
Bu, “Le Journal du Dimanche” qəzeti üçün CSA şirkətinin keçirdiyi ictimai rəy sorğusunun nəticələrində əksini tapıb.

Beləliklə, 1 000 fransız arasında keçirilən sorğunun nəticələrinə görə, dövlət başçısının reytinqi 7 faiz bəndi azalaraq 21 faizə düşüb. Hazırda respondentlərin yalnız 21 faizi Makronu dəstəkləyir, 79 faizi isə dövlət başçısının siyasətindən narazıdır.

Qeyd edilib ki, fransızlar təkrarlanan isti hava dalğalarından və meşə yanğınlarından əziyyət çəkirlər. Fransanın şərqində və cənubunda genişmiqyaslı meşə yanğınlarının tüğyan etdiyi vaxt istirahət edən Emmanuel Makronun hidrosiklin sükanı arxasında çəkilmiş fotosunun “Paris Match” jurnalında dərc olunması da prezidentin reytinqinin aşağı düşməsində rol oynayıb. (Apa.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]