ABŞ-də ərzaq qiymətlərinin kəskin artacağı proqnozlaşdırılır - SƏBƏB

30-08-2026, 11:25           
ABŞ-də ərzaq qiymətlərinin kəskin artacağı proqnozlaşdırılır - SƏBƏB
Dünya bazarında gübrə çatışmazlığı yaranacağı təqdirdə ABŞ-də ərzaq böhranı baş verə bilər.

Bunu ABŞ-nin "Hartland İnstitutu" analitik mərkəzinin məsləhətçisi Ceff Stayr "The Wall Street Journal" qəzetində dərc olunan köşə yazısında bildirib.

"Çin, Rusiya və İran dünya gübrə bazarına nəzarət edirlər. Bu, ərzaq qiymətlərinin həddindən artıq yüksəlməsinə səbəb ola bilər", - deyə o qeyd edib.

Stayr yazır ki, Ukrayna münaqişəsi, Çinin gübrə ixracını azaltması və Hörmüz boğazında gəmiçiliklə bağlı yaranan problemlər gübrə qiymətlərinin qeyri-sabitləşməsinə gətirib çıxarır.

Ekspert hesab edir ki, ABŞ administrasiyası ölkə daxilində gübrə təchizatı zəncirini gücləndirməli, həmçinin neft və qaz hasilatını artırmalıdır.

"Təbii qaz azot gübrələri üçün kritik əhəmiyyətli xammaldır, neft və qazın emalı zamanı isə fosfat gübrələri üçün zəruri olan əhəmiyyətli miqdarda kükürd əldə edilir. Enerji təhlükəsizliyi və ərzaq təhlükəsizliyi bir-birindən ayrılmazdır", - deyə o yekunlaşdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]