Tramp ABŞ prezidentlərinin reytinqini hazırladı və özünü "ən böyük" adlandırdı - FOTO

28-08-2026, 15:09           
Tramp ABŞ prezidentlərinin reytinqini hazırladı və özünü "ən böyük" adlandırdı - FOTO
Prezident Donald Tramp özünün hazırladığı ABŞ prezidentlərinin reytinqini dərc edib və özünü "Ən böyüklər" adlı ayrıca kateqoriyaya yerləşdirib.

Oxu.Az-ın xəbərinə görə, o, "Truth Social" hesabında bununla bağlı foto paylaşıb.

"Ən böyüklər" kateqoriyasında Donald Tramp yalnız öz portretini qoyub. "Böyüklər" siyahısına Corc Vaşinqton, Tomas Cefferson, Avraam Linkoln, Franklin Ruzvelt, Vudro Vilson və Endryu Ceksonu daxil edib.


"Uğursuzlar" arasında ABŞ prezidenti öz sələfləri Co Bayden və Barak Obamanı, eləcə də Ulis Qrant, Uorren Hardinq və Cimmi Karteri daxil edib. Bundan əlavə, Tramp həmçinin "Böyüyə yaxın", "Orta" və "Orta səviyyədən aşağı" adlı kateqoriyalar da yaradıb və oraya da digər prezidentləri yerləşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]