Trampın xəritəli paylaşımına İrandan sərt cavab – Hörmüz boğazında gəmi vuruldu

19-08-2026, 00:11           
Trampın xəritəli paylaşımına İrandan sərt cavab – Hörmüz boğazında gəmi vuruldu
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını “Amerikanın yeni ərazisi” adlandırıb.

Amerika lideri bu barədə “Truth Social” hesabında paylaşım edib.

Trampın paylaşdığı fotoda Bəsrə və Oman körfəzlərinin xəritəsi göstərilir. Hörmüz boğazı mərkəzdə mavi rənglə dairəyə alınıb və onun üstündə böyük hərflə “Yeni ABŞ ərazisi” qeydi var.


ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazını ABŞ-nin yeni ərazisi kimi göstərən xəritə paylaşımı Vaşinqtonla Tehran arasındakı gərginliyi daha da artırıb, İrandan Trampın paylaşımına sərt reaksiya gəlib.

Belə ki, Hörmüz boğazından keçməyə çalışan yük gəmisinin naməlum sursatla vurulduğu bildirilib.

Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb ki, Oman sahillərində hərəkət edən gəminin mühərrik bölməsi naməlum sursatla vurulub.

Hadisə nəticəsində ekipaj üzvlərindən ən azı bir nəfərin öldüyü və ya yaralandığı bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]