Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb

15-08-2026, 09:37           
Lukaşenko hakimiyyətin onun övladlarına ötürüləcəyini iddia edənləri "axmaq" adlandırıb
Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə prezident hakimiyyətinin onun övladlarına ötürülməsi barədə danışanlar haqqında kəskin fikir bildirərək, onları "axmaqlar" adlandırıb.
"Report" xəbər verir ki, o, bu fikri "Pul pervovo" teleqram kanalında yerləşdirilmiş videomüraciətində səsləndirib.

"Axmaqlar. Onlar bunun necə bir iş olduğunu bilmirlər", - Lukaşenko vurğulayıb.

Belarus lideri izah edib ki, hakimiyyətin təhvil verilməsi dedikdə əldə olunan hər şeyin qorunub saxlanılması və bu irsin dövlətin dağılmasına və məhvinə yol verməyəcək, inkişafı "Çin üsulu ilə" davam etdirə biləcək digər insanlara verilməsi nəzərdə tutulur.

2025-ci ilin avqustunda Lukaşenko artıq kiçik oğlu Nikolayı prezident postunda xələfi etmək barədə güya mövcud olan planlar haqqında məlumatı təkzib etmişdi. Bununla yanaşı, dövlət başçısı Belarusun gələcək prezidentinin fərqli siyasi kurs tuta biləcəyini ehtimal etsə də, dəyişikliklərin inqilabi yox, təkamül yolu ilə getməyinin tərəfdarı olduğunu bildirib. Prezident seçkilərində öz namizədliyini yenidən irəli sürmək niyyəti barədə sualı cavablandırarkən Lukaşenko belə planlarının olmadığını bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]