KİV: Ukrayna prezidenti ofisinin rəhbəri istefa verib

11-02-2020, 08:09           
KİV: Ukrayna prezidenti ofisinin rəhbəri istefa verib
Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Boqdan istefa verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə "Ukrainskaya pravda" nəşrinə mənbələr bildirib.

Nəşrin məlumatına əsasən, A.Boqdan fevralın 10-u prezident Vladimir Zelenski ilə öz istefasını müzakirə edib.

Bildirilir ki, prezident ofisinin rəhbəri öz istefasını həmçinin müavinləri ilə də müzakirə edib.

Onun istefa verməsinin səbəbi barədə məlumat verilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]