NƏHƏNGİN ANIM GÜNÜDÜR

25-09-2026, 12:24           
NƏHƏNGİN ANIM GÜNÜDÜR
“İnsanın “xoşbəxt olması “yaradılış”planına daxil deyil”. Ziqmund Freyd
"Mən tənqid edilərkən, özümü müdafiə edə bilərəm, lakin təriflərə qarşı gücsüzəm." Ziqmind Freyd
"Bil ki, neçə dəfə məğlub olduğun əhəmiyyətli deyil...Əsl əhəmiyyətli olan məğlubiyyətdən sonra yenidən dirçəlməyindir." Ziqmund Freyd
23 sentyabr Bəşəriyyətin nəhəng mütəfəkkirlərindən biri, psixoanalzin banisi Ziqmund Freydin (1856-1939) anım günüdür.
Onun “Psixoanalizə giriş”adlı möhtəşəm kitabında 35 mühazirəsi yer alıb və həmin mühazirələr indi də aktuallığını itirməyib.
Freyd insan psixikasını üç qata bölür:
Yuxarı qat – fövqəlşüur, “fövqəl-mən”
Orta qat şüur – mən
Aşağı qat – təhtəlşüur
Yuxarı təbəqəyə insana cəmiyyət tərəfindən aşılanan qaydalar, valideyn qadağaları, əxlaq senzurası daxilir.
Şüursuzluq sıxışdırılmış affektlərin – komplekslərin qorxunun, nevrozun, instinktlərin yerləşdiyi məkandır. Təhtəlşüur şüursuzluqla şüur arasında keçiddir və senzura rolunu oynayır, yəni şüura yalnız fövqəlmənin prinsiplərinə uyğun nəsnələri buraxır. Freyd təhtəlşüuru aysberqin görünməyən tərəfinə bənzədir.
Şüur insan psixikasının keçid hissəsidir. Ona aşağıdan ehtiras və instinktlər, yuxarıdan isə cəmiyyətin tələbatı təsir və təzyiq göstərir.Freydin əsas mühakiməsi ondan ibarətdir ki, insan özünü sona qədər öyrənmək gücündə deyildir. Uşaq nədənsə qorxur və bunu unutmaq istəyir. Onun şüuru qorxunun səbəbini unutsa da, təhtəlşüuru bunu unutmur. Həmin yaşantı sıxışdırılıb təhtəlşüura salınır və orada yaşamaqla insanı həmişə narahat edir.
Bizim təhtəlşüurumuz bioloji enerjimizin qüdrətli mənbəyidir. Bu enerji müxtəlif növ nəşələrin əldə olunmasına xərclənə bilər. Təhtəlşüur özünü yuxu vaxtı biruzə verir. İnsan yatanda fövqəlşüur işləmir. Təhtəlşüur şüuru tam üstələyir. Özünü yanlışlıqlar, səhvlər və unutqanlıqda biruzə verir. İnsan bir şey deyir, onun təhtəlşüuru başqa şey.
Etibar Əliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]