Bəli, ABŞ ona görə möhtəşəmdir ki, orada hələ də prezidentin qərarını sorğulayan, onu ləğv etməyi bacaran müstəqil məhkəmələr və hakimlər var!

24-09-2026, 16:08           
Bəli, ABŞ ona görə möhtəşəmdir ki, orada hələ də prezidentin qərarını sorğulayan, onu ləğv etməyi bacaran müstəqil məhkəmələr və hakimlər var!
ABŞ məhkəməsinin Trampın KİV-ləri Ağ Evə buraxmamaq qadağasını blok etməsi mənə Prussiya kralı II Fridrix (Böyük Fridrix) ilə Sanssouci dəyirmançısı haqqında məşhur əhvalatı xatırlatdı.
Hekayənin ən məşhur variantında deyilir ki, kral Potsdamda Sanssouci sarayının yaxınlığındakı dəyirmanı almaq və ya sökdürmək istəyir. Dəyirmançı isə buna razı olmur.
Aralarında bu məşhur dialoq keçir:
Kral II Fridrix:
— Mən bu dəyirmanı almaq istəyirəm. Sənə istədiyin qədər pul verəcəyəm.
Dəyirmançı:
— Əlahəzrət, mən dəyirmanımı satmaq istəmirəm. O, ailəmdən mənə qalıb.
— Bəs bilmirsən ki, mən kralam? İstəsəm, dəyirmanı səndən zorla ala bilərəm.
— Əlahəzrət, siz kral olduğunuz üçün bunu edə bilərsiniz., əgər Berlindəki məhkəmə olmasaydı. Amma Berlində hələ də (ədalətli mühakimə edən) hakimlər var!
Bəli, ABŞ ona görə möhtəşəmdir ki, orada hələ də prezidentin qərarını sorğulayan, onu ləğv etməyi bacaran müstəqil məhkəmələr və hakimlər var!
P.s. Sanssouci tarixi dəyirmanı bu gün də Potsdamda mövcuddur...
Ulker Abdullayeva
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]