"Rus aristokratiyasının, eləcə də elmi və ədəbi mühitinin kökləri bilavasitə türklərlə bağlıdır" Dmitri Çernışevski (Savromat)
23-09-2026, 00:24

Rusiyalı tarixçi və ictimai xadim Dmitri Çernışevski (Savromat) öz Yutub kanalında diqqətçəkən bəyanatla çıxış edib. O bildirib ki, rus aristokratiyasının, eləcə də elmi və ədəbi mühitinin kökləri bilavasitə türklərlə bağlıdır.
Tarixçi öz fikirlərini konkret nümunələrlə əsaslandırmağa çalışıb:
“Rusiya çarı İvan Qroznının atası III Vasilinin ilk həyat yoldaşı Solomoniya Saburova, həmçinin Yelena Qlinskaya, İrina Qodunova və Marfa Praksina kimi fiqurlar mənşəcə türk kökənlidirlər. Oxşar şəkildə, Aleksey Mixayloviç Romanovun ömür-gün yoldaşı və I Pyotrun anası olan Narışkina da tatar soyundandır, Böyük Çöldən gəlib. Bundan əlavə, Qarşin, Tatarin, Rastopçin, Qalitsın və Karamzin kimi məşhur rus boyar knyazlarının soyadları da tatar mənşəlidir. Böyük rus alimi Mendeleyevə gəldikdə isə, o, tatar qanı daşıyan yəhudidir. 'Mendel' təmiz yəhudi soyadıdır və burada rus genindən söhbət gedə bilməz, yalnız Böyük Çölün izləri var.”
Çernışevski tanınmış rus elm xadimlərinin də türk mənşəli olduğunu vurğulayıb:
“Meçnikov, Pavlov, Miçurin, Timiryazev... Məsələn, 'Timiryazev' soyadının haradan gəldiyini bilirsinizmi? Onun ulu babası Böyük Çöldən olan Timir Qaciyev olub. Qoqol ukraynalı kimi tanınsa da, soyu kazak tatarlarına dayanır. Dostoyevski, Turgenev, Derjavin, Qorki və Peşkov kimi simaların da kökü Böyük Çöllə bağlıdır. Aleksandr Kuprin birbaşa Tatar xanının nəslindən gəlir. Bu faktlar faktiki olaraq klassik rus ədəbiyyatı anlayışını yenidən sorgulayır. Hətta Tolstoyların da soyları gedib Böyük Çölə çıxır.”
Azərbaycan / Azerbaijan

