Guya “heç vaxt sevinməyən” Şah toy da edib, Şirvanşah Şeyxşahın qızı ilə evlənib,...
21-09-2026, 12:25

Şah İsmayılın düşmənləri hər yerdə yazırlar ki, guya Çaldıran savaşından sonra Şah çox dərin depressiyaya düşüb, şəraba qurşanıb, daha üzü gülməyib filan... Bəli, kədərlənib, ən sadiq sərkərdələrini bir gündə qurban verib, nə qədər torpaq itirib. Kədərlənməmək mümkün deyil. Amma "şəraba qurşanıb, üzü gülməyib" - boş-boş sözlərdir.
Çaldırandan sonra fəthlərin və savaşların az olması təbiidir. Ölkənin qərbində və cənubunda (keçmiş məmlük torpaqlarında) Osmanlı imperiyası yerləşirdi, onunla yenidən savaşa girməyə ehtiyac yox idi. Yavuz da Azərbaycana soxulmağın acı təcrübəsinə görə bir daha Səfəvilərlə savaşa girmədi.
Ölkənin şimal-şərqində özbəklər idi. Çaldıran savaşından əvvəl Şah onların üzərində tam qələbə qazandı. Bundan sonra da başlarını qaldıran zaman vurdu, Xorasana soxulmalarına imkan vermədi.
Cənubdakı Moğollar Səfəvilərin müttəfiqi idi.
Qalır şimal, yəni Şirvanşahlar, onlar da Səfəvilərin vassalı idi.
Və bir də gürcülər. Çaldıran savaşından sonra Gürcüstana uğurlu yürüşlər edildi, tarix kitablarında bu barədə kifayət qədər məlumatlar var.
Şah İsmayıl daha kimlə savaşmalı idi ki?
Guya “heç vaxt sevinməyən” Şah toy da edib, Şirvanşah Şeyxşahın qızı ilə evlənib, öz qızını da Şeyxşahın oğluna ərə verib. - Çaldıran savaşından sonra...
Натик Рагимов

