QATİLLƏRİ QƏHRƏMANA ÇEVİRMƏYİN!
21-09-2026, 00:05

Gördüyünüz bu qoçu Məmməd Məmmədyarovdur.
Fərqi yoxdur harda doğulub. Belə alçaqlar hər yerdə, hər, şəhərdə, kənddə, bölgələrdə doğula bilər. Bunun doğulduğu yerdən onlarca Azərbaycanın qəhrəman oğulları çıxıb.
Son illər tarixə münasibətdə qəribə bir tendensiya yaranıb. Bəzi “alimlər” və “tarixçilər” sovet ideologiyasının yetişdirdiyi şəxsləri, o cümlədən 1918-ci il Bakı qətliamında bolşevik silahlı dəstələrinin tərkibində iştirak edən qoçuları az qala milli qəhrəman kimi təqdim etməyə çalışırlar.
Hətta qatil Mircəfər Bağırovu özünü belə az qalırlar "ulu öndər" kimi xalqa sırasınlar.
Amma tarix simpatiya ilə yox, sənədlə yazılır.
Mənbələrdə Məmməd Məmmədyarovun 1917-ci ilin sonlarında S. Martikyan, M. Plşakov və A. Baqdasaryanla - Anastas Mikoyanın rəhbərliyi altında öz qoçu dəstəyilə birgə, Qırmızı Qvardiyanın təşkilində fəal iştirak etdiyi, hətta 1918-ci ilin Bakı qətliamında rəhbərlik etdiyi qoçu dəstələrin Azərbaycan milli fəallarına qarşı döyüşlərdə iştirak etdiyi göstərilir.
Sovet dövrünün nəşrlərində belə faktlara çox böyük xəsisliklə də olsa rast gəlmək mümkündür…
Bu gün həmin tarixi başqa rəngə boyamaq, bolşevik silahlı dəstələrinin fəaliyyətini, qoçu dəstələrinin xainləririni “qəhrəmanlıq” kimi təqdim etmək tarixə yox, satqınlığa və xalqa qarşı xəyanətə xidmət edir.
Əlbəttə qoçuların arasında öz millətini sevən, onun yolunda fədakarlıq edənlərdə olub. Ancaq düşmənlərlə əməkdaşlıq edən qoçular kifayət qədər olub.
Arxivlər susmur. Sənədlər danışır...
Tarixçilərə çağırışım sadədir: keçmişi bugünkü siyasi zövqünüzə uyğun dəyişməyin!
Kim hansı mövqedə dayanıbsa, onu olduğu kimi yazın!
Tarixin xoşunuza gəlməyən səhifələrini silmək, tv-lərdə riyakar verlişləriniz, pul xatirinə hər cür dona gurməyiniz həqiqəti ört-basdır edə bilməz!
Qatilləri qəhrəmanlaşdırmaqla tarix dəyişmir. Sadəcə yalanın ömrü müvəqqəti uzadır...
Vicdanınız olsun!
Elman Mustafazade

