Qafqaz Albaniyasının xristian irsi susqunluqla qorunmaz
22-09-2026, 07:14

Bu gün artıq Qafqaz Albaniyasının dövlətçilik və dini irsinin təkcə islamdan əvvəlki dövrünü deyil, onun xristian mədəniyyətini, alban həvarilər kilsəsinin qədim abidələrini və tarixi varislik hüququnu da qətiyyətlə müdafiə etməyin vaxtıdır!!! Təvəzökar, kübar davranışımız, susqunluq ziyanımıza işləyir, qarşı tərəf bu vəziyyətdən xaincəsinə öz xeyirinə istifadə edir. Yetər! Bu tarix və xüsusilə onun xristian irsi ilə bağlı məsələlərdə Azərbaycan xaqlqının, xüsusilədə vətəndaş cəmiyyətinin daha fəal və prinsipial mövqe nümayiş etdirməsinin vaxtıdır!!!
Sirr deyil ki, bu irs uzun illər ərzində mənimsənilməyə, xarakteri dəyişdirilməyə və saxtalaşdırılmağa məruz qalıb və bizim dözmlülüyümüz qarşı tərəfi daha da azğınlaşdırır, daha da həyaszılaşdırır. Axı bu irs bizim yalnız qədim tariximizin bir səhifəsi deyil, Azərbaycanın ərazisində formalaşmış çoxəsrlik dini-mədəni tarixinin mühüm tərkib hissəsidir. Ona görə də bu irsin mənşəyinə və tarixi kimliyinə dair mübahisəli iddialara susmaq və ya sadəcə yumşaq etiraz bəyanatları ilə kifayətlənmək doğru olmaz!!!
Bütövlükdə Azərbaycan cəmiyyəti, xüsusilədə elmi-ictimai institutlar, alimlər və əlbəttə ki, QHT-lər beynəlxalq platformalarda, beynəlxalq elmi təşkilatlarla əməkdaşlıq çərçivəsində alban-udi irsinin xristian köklərini faktlarla ortaya qoymalı, tarixi abidələrin mənimsənilməsinə qarşı sistemli fəaliyyət göstərməlidirlər. Ermənistanın alban xristian irsinin mənimsənilməsi və təhrif edilməsi istiqamətində yürütdüyü siyasətə cavab verilməsini tələb etmək, bu saxtalaşdırma faktlarını beynəlxalq hüquqi və elmi müstəvidə ifşa etmək qarşımızda duran əsas məqsədlərdəndir. Tarixi həqiqətlərin bərpası və müdafiəsi yalnız elmi deyil, mədəni-tarixi ədalətin bərqərar olunması məsələsidir!!!
Ermənistanda və bəzi xarici dairələrdə Qafqaz Albaniyasının xristian irsinin təqdimatı ilə bağlı irəli sürülən iddialar elmi faktlar qarşısında ciddi şəkildə araşdırılmalı və beynəlxaql səviyyədə təqdim olunmalıdır. Azərbaycan elm camiyəsi, ictiami-siyasi xadimləri, QHT-ləri və s. bu məsələdə müdafiə mövqeyindən çıxaraq elmi sənədlər, arxeoloji materiallar, qədim mənbələr və beynəlxalq ekspert rəyləri əsasında öz mövqeyini ortaya qəti və şərt şəkildə qoymalıdır. Tarixi irs yalnız yumşaq bəyanatlarla deyil, ona sahiblənməklə, elmi araşdırmalarla, ciddi mövqe və sərt təpki ilə qorunur.
Ermənistan tərəfinə, onların havadarlarına, illərdi saxta tarix yaratmaq çalışan bu fitnəkarlara və s. konkret və sərt şəkildə hesab soruşulmalı, onların saxta, yalan miflərini alat-üst etmək üçün addımlar atılmalıdır. Qafqaz Albaniyasının xristian irsi ilə bağlı irəli sürülən iddiaların əslində hansı ilkin mənbələrə və hansı elmi sübutlara əsaslandığı izah edilməlidir.
Tarix boyu bizim məğlubiyyətlətimizin əsl səbəbi susqun qalmağımız, iddialara, iftiralara. Böhtanlara vaxtında və kifaytə qədər sərt cavab verməməyimiz, güzəştə, getməyimiz olub. Bu gün bizim- Azərbaycan ictimaiyyəti, o cümlədən QHT-lərinin qarşısında indi mühüm vəzifə dayanır: Qafqaz Albaniyasının xristian irsi ilə bağlı araşdırmaları beynəlxalq elmi platformalara çıxarmaq, xarici dillərdə nəşrlərin sayını artırmaq, beynəlxalq ekspertləri bu mövzuda müzakirələrə cəlb etmək və tarixi-mədəni irsimizə qarşı yönəlmiş iddialara faktlarla darmadağı etmək, yalan saxta məlumatları ifşa etməkdir. Bu məsələdə də susmaq da mövqe deyil. Bizim mövqeyimiz, yalanları, saxta məlumatları ifşa etmək, əsl tarixi sübutla, faktlarla beynəlxaql səviyyədə təbliğ etməkdir !!!
Ahmed N. Abbasbeyli


