ALP ZIRVƏLƏRİNDƏ ERADAN ÖNCƏKİ TÜRK MƏSKƏNİ - RAETİ VƏ YA RETİ ÖLKƏSİ
25-09-2026, 10:54

RAET və ya RET - öz mənşəyin kelt dilindəki "dağda yaşayanlar" terminindən alır.
Bizim eradan əvvəlin 1200-ci illərində insanın filizdən dəmir almağa başladığı dövrlərdə - təqribən 2800 - 3200 il bundan əvvəl - Dəmir dövründə mövcud olmuş Retilərin dili də Etruskların dili kimi mübahisəlidir, müəmmalıdır. Amma Avropa ədəbiyyatı qeyd edir ki, onların dili Hind-Avropa dil ailəsinə mənsub olmayıb, Etrusk dilinə yaxın əlifba tipli yazıdan istifadə edən dildə danışıb RETİLƏR.
Onlar Etruskların davamçıları və ya əqrabaları kimi Etrusk əlifbasına oxşar yazı işlədiblər. Etrusklardan fərqli olaraq, Roma dövründə Alp dağlarının İtaliya, Avstriya və İsveçrə ərazisinə düşən torpaqlarında yaşayıblar (aşağıdakı xəritəyə bax).
Bəzi alimlər Raeti (Reti) dilinin Kelt (Müasir dövrdə Uels, irlandiya, Şotlandiya, Bretan, Kornuoll və Men adası əhalisi daxildir) və İlliriya (Adriatik dənizinin şərqində danışılan Hind-Avropa dil ailəsinin bir qolu) (xəritəyə bax) arasında aralıq linqvistik mövqe tutduğuna inananlar olsa da, digərləri indi Ret dilinin Hind-Avropa dili olmadığını təsdiq edir. Gec Raeti yazıları, xüsusən də Şimali İtaliyadan olan yazılar, etrusk dilindən müəyyən dərəcədə təsirlənmiş kimi görünürlər deyə, qeyd edir ədəbiyyat.
Qədim Raetik dili (Etrusk dili ilə əlaqəli sönmüş Tirsen (Turan – T.A.) dili), köhnə İtalik əlifbasının variantlarında (məsələn, Magré və Sanzeno əlifbaları) yazılmış təxminən 280 qısa kitabədə sənədləşdirilib.

Bu dilin etrusk türk dilinə nə qədər yaxın olduğunu öyrənmək üçün ədəbiyyatda rast gəldiyim bəzi yazı nümunələrini araşdırmalı oldum. Həm əlifba yazısı, həm dilin özü ETRUSK TÜRK dili ilə eynidir. Aşağıda işlənib hazırlanmış 4 sümük üstündə cızılımış bəzi kəlmələrin oxunuşunu və mənalarını verirəm. Mənə elə gəlir ki, yonulub hamarlanmış və sonradan qaraldılmış bu sümük parçaları əkincilik sahəsində çalışan şum sürən xışçılar, çütçülər, əkinçilər arasında mesec ötürmə üçün işlədiliblər.
1) Birinci sümük üstündə cızılımış NAKAKAK səsləri oxunur. Onlar asanlıqla
NƏ ƏKƏK? Kimi deşifrə olunurlar:
2) İkinci sümük üstündəki ULKAKAK səsləri sanki, birinci sümükdə verilən suala cavabdır:
Birincidəki NƏ ƏKƏK? sualına ikincidə deyilir :
ULKAKAK – ULK ƏKƏK.
ULK-uluk-oluk kimi bərpa edildikdə, yenə tarla, şum terminini -
UZUNUNA DƏRİN ƏKƏK - fikrini alırıq.
3) Üçüncü sümükdə TARAX – DARAX həmçinin əkinçilik termini kimi deşifrə edilə bilər. Zəmi biçilən zaman iri vəri asanlıqla yarıb keçən biçinçi yoldaşlarını həyəcana gətirmək üçün bəzən qışqırardı:
"- Adə, quç igiddarım manım, di durman, daraxlan gəlsin!"
Bununla sürətli biçinçi zəmini daranan saça bənzədirdi.
4) Dördüncü sümük üstündəki yazı AS NATRAF TARANI –
ƏSNA [Ə]TRAF DARANI – kimi bərpa olunur və zəmi ətraflarını tez-tez basacaq kol-kosdan təmizləməyə işarə kimi başa düşülür.
RETİ TÜRKLƏRİNİN ilk yazısına girişdə hər şeyi dəqiq müəyyən etmək bəlkə də o qədər də vacib deyil, ancaq bu dilin də OĞUZ TÜRKCƏSİNCƏ səsləndiyinə ilk şahidlik etməyin özü də böyük səadətdir.
Bu ilin May ayının 13-də AMEA-nın Ədəbiyyat İnstitutunda çıxışa dəvət almışdım. Və orada mövzum elə oradaca dediyim kimi, bəlkə də Türkologiya tarixində ilk dəfə dilə gətirdiyim
“TARİXÖNCƏKİ ARALIQ DƏNİZİ TÜRKLƏRİ” idi.
Orada - romalılar (latınlar) və yunanlar gəlməmişdən Aralıq dənizində və onun sahillərində mövcud olmuş ona qədər TÜRK xalqının adını çəksəydim də, Uca ALP dağlarında REATİK və ya RETİK türklərindən doğrusu, danışmamışdım, çünki bixəbərsizdim.
Adını oxusaydım da, əhəmiyyət verməmişdim.
BUNU DA CƏSARƏTLİ VƏ SƏBİRLİ ARAŞDIRICI ÜÇÜN TARİX ELMİNİN BƏXŞEYİŞİ KİMİ - TƏZƏ SÜRPRİZİ KİMİ QƏBUL ETMƏK OLAR.
YENİ SAHƏ YENİ ARAŞDIRMALAR TƏLƏB EDİR.
Reti yazı nümunələri üçün bax:
https://mnamon.sns.it/index.php?page=Esempi&id=63&lang=en
Tariyel Azerturk

