HARDA KI, BİZ YOXUQ, ORA AĞGÜNLÜDÜ, YAXŞIDIR...

24-09-2026, 16:35           
HARDA KI, BİZ YOXUQ, ORA AĞGÜNLÜDÜ, YAXŞIDIR...
Həyət oğlanları ilə futbol oynayan ziyalı ailəsindən olan bir oğlan təsadüfən topla pəncərəni sındırır. Əlində süpürgə olan qəzəbli qarovulçu qaçaraq, çılğın qışqırıqlarla uşağın arxasınca bağırır: "Dayan əclaf, öldürəcəyəm!!!"
Oğlan qaça-qaça fikirləşir: “Mən niyə bu həyətə girdim axı, bu axmaq futbol nəyimə lazım idi?!” Mən ziyalı ailəsindənəm, ağıllı kitablar oxumağı xoşlayıram. İndi gör nə hala düşdüm ki, əlində süpürgə olan hansısa qapıçıdan qaçıram... Kubada yaşasaydım, qapıçıdan qaçmazdım, indi böyük Amerika yazıçısı Ernest Heminquey ilə söhbət edərdim.
Sən demə elə bu vaxt dahi Amerika yazıçısı Ernest Heminquey çirkli Kuba meyxanasında bir stəkan rom içərək, oturub fikirləşir: “Ya Rəbb, mənim burada nə işim var?!” Bura necə də iyrəncdir. Tərli qaralar, hərarət, isti rom, kir... Həyatım barmaqlarımın arasından süzülüb keçib gedir... Mən indi Parisdə olsaydım, dostum, böyük fransız yazıçısı Andre Morya ilə Montmartrdakı kafedə liker içib, Eyfel qülləsinə heyran olaraq, ədəbiyyatdan danışardım..."
Elə bu vaxt dahi fransız yazıçısı Andre Morya Montmartrda kafedə oturub ucuz şərab içib düşünürdü: “Lənətə gələsən Paris... Fahişələr... çirkdən yapışqan masalar, sonsuz və bezdirici şanson... Bu eybəcər Eyfel qülləsi, küçələrdə kir və üfunət dolu iyi... Kaş mən indi Moskvada böyük rus yazıçısı Andrey Platonovla oturub, araq içib ədəbiyyatdan danışa bilərdim...”
Və bu vaxt, Moskvada, böyük rus yazıçısı Andrey Platonov, süpürgəsini yelləyərək həyətdən qaça-qaça bağırır; “Dayan əclaf, öldürəcəyəm!!!”
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]