Ağıllı insanlar ölkələrin gücünü elmə yönəldilən resurslarla ölçür və daha yaxşı və dəqiq ölçü vahididir VİDEO

19-09-2026, 10:34           
Ağıllı insanlar ölkələrin gücünü elmə yönəldilən resurslarla ölçür və daha yaxşı və dəqiq ölçü vahididir  VİDEO
Yəhudiləri tam, dolğun və düzgün tərif edən bir reportajdır. Elə bir deyim var: iki alimlə dostluq et bir neçə müddətdən sonra üçüncüsü sən olacaqsan; iki zənginlə dostluq elə ... üçünsüsü sən olacaqsan; iki sərxoşla dostluq elə ... üçüncüsü sən olacaqsan. Qədimdən gələn bu atalar sözü doğrudan da reallıqdır... Yəhudi xalqı dünya xalqları içərisində ən çox elmə-inkişafa bağlı xalqdır. Dinləri də hər maddəsi ilə elmi-texnologiyanı stimullaşdıran ideologiyaya söykənir. Buna görə də yəhudilərlə dostluq edən toplumlar əksəriyyət hallarda zirvəni fəth edənlərdir. Müsəlmanların içərisində də yəhudilərlə dostluq edən xalqlar inkişafa ən yaxın olanlardır (Türkiyə, BƏƏ, Qatar, Səudiyyə Ərəbistanı və s.). Türklərlə Yəhudi xalqının dostluq tarixi çox qədimlərə gedir. Təəssüflər olsun, son dövrlərdə Türkiyənin dindar iqtidarının hakimiyyəti zamanı müvəqqəti bəzi problemlər (xalqlar arası deyil, iqtidarlar arası) üzündən daha çox itirən elə Türkiyə olmuşdur. Bir neçə reallığı ciddi surətdə nəzərə almalıyıq:
1. Dünya kapitalının nəzarət paketi (məcazi də olsa) yəhudilərin əlindədir. Diqqət edin: AKP ilə yəhudilərin son illərdə konflikt xronologiyasına və Türkiyədə yaşanan valyuta böhranlarına, kapital qurulanmasına və ölümcül inflyasiya tarixinə... Türkiyə iqtisadiyyatına bu səbəbdən dəyən zərər konflikt ərəfəsində trilyonlarla ölçülür. Bircə fakt gətirim: bu səbəbdən Türkiyə xalqının müflisləşməsi baş verir - ABŞ, Avropa ölkələrində milli sərvət həcmi illik ümumi daxili məhsuldan 4-6 dəfə çoxdur, bu yolla Türkiyədə milli valyutanın ucuzlaşması ilə xalqın sırvəti kənara daşınır, milli sərvət illik ümumi daxili məhsuldan da aşağıdır.
2. Qlobal idarəçilik sistemi yəhudilərin nəzarətindədir. Yəhudilərdən soruşurlar: elə imkanınız varsa, niyə İsrail kimi kiçicik bir məskənə toplaşmısınız? Cavab: İsrail bizim baş ştabımızdır. Yer kürəsi isə cəmi vətənimizdir. Yəhudi prinsiplərinə və iddialara görə bu ölkənin təsiri xaricində qalan dövlət yoxdur.
3. Elm-texnoloğia haradadırsa, dünyanın hegemonu da odur. Bu meyl isə ciddi surətdə genişlənir. Bircə faktı deyim, hər kəsə yəhudilərin pozitiv gücü (dağıdıcı deyil) məlum olacaq. Hazırda dünya əhalisinin hər 10 milyon nəfərinə 1 Nobel mükafatçısı düşürsə, Yəhudi xalqının hər 10 milyon nəfərinə 153 Nobel mükafatçısı düşür. 9 milyonluq İsrail elmə ildə 40 milyard dollar xərcləyir, 2.1 milyardlıq İslam ölkələri (əhali sayı) cəmi 26 milyard dollar xərcləyir. Ağıllı insanlar ölkələrin gücünü elmə yönəldilən resurslarla ölçür və daha yaxşı və dəqiq ölçü vahididir.
Saleh Мəmmədov,professor













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]