Ayətullah Xomeyni qarşısında çadrasını çıxarmağa cəsarət edən jurnalist qadın.

18-09-2026, 00:07           
Ayətullah Xomeyni qarşısında çadrasını çıxarmağa cəsarət edən jurnalist qadın.
1979-cu il. Oktyabr. İtalyan jurnalisti Oriana Fallaçi, İranın Qum şəhərinə, İslam İnqilabının Ali Lideri ilə müsahibə almaq üçün səfər edir.
Otağa girmək üçün Fallaci başdan ayağa qədər qalın qara çadra ilə örtülməyə məcbur edilir və yalnız öz üzünü görünən saxlayır.
Otaqda Xomeyni ilə müsahibə əvvəlindən çox gərgin keçir. Və Fallaçi ona xeyli kəskin suallar verməkdən çəkinmir.
O, Ayətullahdan siyasi edamlar, müstəqil TV və radio, qəzetlərin qəfil bağlanması və yeni rejim dövründə İran qadınlarının hüquqlarının kəskin şəkildə itirilməsi barədə soruşur.
Sonra qadınlara çadra məcburiyyəti haqqında soruşduqda isə, A. Xomeyni onun bu barədəki narahatlıqlarını rədd edir və belə geyimin gənc hörmətli qadınların qorunması üçün nəzərdə tutulduğunu bildirir. Daha sonra isə əlavə edir:
"Əgər İslam geyimlərini sevmirsinizsə, onu geyinməyə sizlər şəxsən məcbur deyilsiniz."
Fallaçi onun sözlərini sözün həqiqi mənanda olaraq başa düşərək, Xomeyniyə cavab verir: "Təşəkkür edirəm, İmam. Siz dediyiniz üçün, onu indi buradaca çıxaracağam."
Və sürətli bir hərəkətlə o, çadrasını başından qoparır və saçlarını da İranın Ali Liderinin, A. Xomeyninin qarşısında tamamilə açıq qoyur.
Xomeyni özünün dediyi, "geyinməyə məcbut deyilsiniz" sözünün buradaca məclisdə, dini elita qarşısında icra edilməsinə qəzəblənir.
O, bir söz demədən ayağa qalxır və otaqdan çıxır. Sükut hökm sürür, müsahibə qəfil başa çatır. Lakin, Fallaçi müsahibəni tam bitirmək üçün ertəsi gün də Xomeyni ofisinə yenidən qayıdanadək İranı tərk etməkdən imtina edir. Beləliklə müsahibəni tamam götürür. Sonra, onu həbs və hətta qəsd fikirləri olur, təhlükəli anlar yaşayır, İtaliya səfirliyi ilə İranı tərk edir.
Fallaçinın qarşıdurması jurnalistika tarixində, dünyaya yayılan əfsanəvi hala gəlir..Bu cür hal müxbirin təsəvvür edilə biləcək xüsusi təhlükəli vəziyyətlərdən birində belə, dini rejimin xüsusi qorxunc, edamçı diktator rəhbərinə qarşı açıq, cəsarətli və inadcıl duruşunu nümayiş etdirdi.
Deyirlər, bu teokratikdən əvvəlki aristokrat Şah rejimi də bir gün verməyib, öz xalqına. Amma bu qaraguruh molla rejimi gün nədir, qaranlıq zülmətə və birdən-birə düz, 7-ci əsrə atdı İranı.
Şəkil tarixi və originaldır, Xomeyninin otağında və həmin gərgin anlarda çəkilib.
P. S
Oriana Fallaçi (Oriana Fallaci) haqqında. 29 июня 1929, Флоренция İtaliyada doğulmuş — Məşhur jurnalist, hərbi müxbir, yazıçı publisist olub, 2006-da vəfat edib. 2- dünya müharibəsi dövrü 12 yaşında atasının rəhbərlik etdiyi anti- fsşist müqavimət partizan hərəkatında iştirak edib. Hərbi müxbir kimi, Vyetnam müharibəsi, və digər ən qaynar nöqtələrdə çalışıb. Və xeyli dünya liderlərindən intervyulsr götürməklə də dünyada tanınır. Və çoxlu kitabların müəllifidir.
Ilqar Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]