FETÖ Azərbaycanda kino sahəsini tamamilə ələ keçirmək istəyir!

16-09-2026, 00:06           
FETÖ Azərbaycanda kino sahəsini tamamilə ələ keçirmək istəyir!
Bu gün AKİ-də baş verən hadisələrin arxasında da məhz FETÖ durur!
Daha nəyi gözləyirsiniz?! İllər öncə xəbərdarlıq etmişdim!
FETÖ-nun kino sahəsində fəallaşmasının nə qədər qorxulu olduğunu bir misal ilə ifadə etməyə çalışacam.
Yəqin, çoxları bir vaxtlar Türkiyədə fəaliyyət göstərən, FETÖ-nun inhisarında olan STV kanalını xatırlayır. Bu kanal illər öncə “Şəfqət Təpə“ adlı serialı istehsal edirdi və yayımlayırdı. Məni də illər öncə, 1999-2000-ci illərdə, “Ünvansız qız” serialındakı obrazımdan sonra FETÖ-nun Azərbaycanda mətbuat üzrə nümayəndəsi Qulu Məhərrəmlinin tövsiyyəsi ilə (“Ünvansız qız” serialını Qulu Məhərrəmli xaricdən aldığı qrant ilə çəkdirirdi) bu seriala dəvət etmişdilər. Təşkil olunan görüşdə nurçuların (fetöçuların) Böyük Heydər Əliyevə qarşı danışıqlarında etdikləri sayqısızlığı qəbul etmədim, yerində lazımı cavablarını verdim, təklifdən də imtina etdim.
Baxanlar bilir, “Şəfqət Təpə” serialının məzmunu Türk əsgərlərinin PKK-ya qarşı apardığı mübarizədən bəhs edirdi. Yəqin ki, seyr edənlərin çoxu bu gün də belə düşünür, amma tam bunun əksi idi! Üst qat belə olsa da, alt qatda (görünməz) PKK-nın xəyal etdiyi dövlətin xəritəsi təbliğ olunurdu.
Necə?
- Türk əsgərləri PKK-nın kamplarını tutduqları zaman və PKK-nın komandirlərinin kamplarda olduqlarını göstərən səhnələrdə PKK-nın yaratmaq istədiyi dövlətin divara vurulmuş xəritəsini yaxın planda, məhz yaxın planda, (daha çox mənalandırmaq üçün, yəni yaxın gələcək, yaxında baş verəcək, yaxındadır, az qalıb) tez-tez göstərməklə. Yəni, gerçək olmayanı gerçəklik kimi təqdim etməklə…
Çoxlarına sirr deyil ki, PKK-ya dəstəyi əsasən FETÖ verirdi.
Hesab edirəm ki, başa düşülməyən, anlaşılmayan nəsə qalmadı.
Rza Drakon












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]