İblis Bibliyası - Codex Gigas kimi də bilinir.
21-09-2026, 16:14

Dünyanın ən sirli kitablarından biri.Kitabın 12-13 əsrlərdə İblisin köməyi ilə bir Rahib tərəfindən yazıldığı iddia edilir.Kitab İsveçin Stokholm şəhərində muzeydə saxlanılır.
Bəzi iddialara görə kitab 13 əsrin ortalarında Çexiyanın Podlajitsa şəhərindəki Benediktin monastırının rahibi vasitəsilə yazılıb.Kitab 1477-1593 cü ilə qədər Braumov monastır kitabxanasında saxlanılmış 1594 cü ildə İmperator Rudolf tərəfindən Praqaya aparılmışdır.1648 ci ildə İsveç ordusu tərəfindən qənimət kimi İsveçə aparılmışdır.1649-2007 ci illərə qədər Stokholmda İsveç Kral Kitabxanasında saxlanılmışdır.2007 ci ildə müvəqqəti olaraq Praqaya qaytarılmışdır.1697 ci ildə baş verən yanğın ilə bağlı kitabın bəzi səhifələri ətrafa yayılmış və sirr olaraq heç vaxt tapılmamışdır.Kitab 640 səhifədən ibarətdir.624 səhifəsi günümüzə qədər gəlib çatmışdır.
Kitabın ağırlığı 75 kilo, qalınlığı 22 sm, eni 50 sm, uzunluğu 92 sm-dır.Kitabın cildlənməsi üçün 160 heyvanın dərisindən istifadə olunmuşdur.Kitab latın dilində yazılmışdır.
Kitab haqqında əfsanələrin birinə görə monastrda yaşayan bir rahib günah etdiyinə görə divara hörülməklə ölüm cəzasına məhkum olur.Rahib ölümdən xilas olmaq üçün monastrı vəsf edən kitab yazacağını bildirir.Rahibə monastrın kitabxanasında yer verilir, qarşısına mürəkkəb və yazmaq üçün eşşək dəriləri sərilir.Kitabı bitirə bilməyəcəyini görən Rahib Şeytandan kömək istəyir.Şeytan razılaşaraq 2 şərt qoyur: birinci rahib ruhunu ona satmalı,ikinci kitabda İblisin təsviri olmalıdı.Rahib razılaşır və bu kitab ortaya çıxır.
Kitabda Şeytan təsviri,Cənnətin təsvirinə yer verilmişdir.Bu əsər tarixin ən sirrli əsərlərindən biri hesab olunur.
Para Psixologiya

