"Topların atəşindən bütün Bakı lərzəyə gəlmişdi.Binəqədi və Maştağa cəbhəsində erməni-bolşevik dəstələri məğlub edilmişdi...Nuru paşa və Mürsəl paşa son hücum planı əsasında qoşuna "irəli" əmri vermişdi. Sentyabrın 14-də şəhər toz-duman içində idi. Artıq cəbhə çox yerdən yarılmışdı...sentrokaspi diktaturasının menşevik, daşnak qüvvələri canlarını götürüb qaçmaq üçün gəmilərə minməyə tələsirdilər. Türklər düşmənə məxsus iki təyyarəni vurub şəhərin kənarındakı qəbirstanlığa saldılar...". Manaf Süleymanovun "Eşitdiklərim, oxuduqlarım, gördüklərim" əsərindən parça. Şəkil : Qafqaz İslam Ordusunun 28 yaşlı komandanı Nuru Paşa. Bakının azad edilməsi uğrunda şəhid olanlara Allah rəhmət eləsin !