Kasıblıq əlini cibinə atanda cibinin boş olması deyil, əlini çıxaranda tutacaq birinin olmamasıdır.
21-09-2026, 10:14

XX əsrin böyük yazıçılarından biri, Nobel mükafatı laureatı Qabriel Qarsiya Markes “Patriarxın payızı” romanını yazarkən, diktatorun son ölüm səhnəsini real həyatdan götürmək qərarına gəlmiş və əsəri yarımçıq saxlamışdır.
O zamanlar İspaniya diktatoru Franko ağır xəstə idi, yazıçı onun ölüm səhnəsini yazıya almaq istəyirdi. Lakin diktatorun xəstəliyi uzun sürmüş və Markes daha səbr etməyib özündən sonluq uyduraraq əsəri başa çatdırmışdır. Sonralar Markes bu haqda deyirdi:
- Tələsdiyimə görə indiyə qədər özümü söyürəm. Frankonun real ölüm səhnəsi daha dəhşətli idi.
Yüz minlərlə adamı qətlə yetirmiş diktator ölərkən, son nəfəsində:
- Ah, ölmək nə qədər çətin imiş - deyə xırıldamışdır...
-----
Qabriel Qarsia Markes öz gələcək həyat yoldaşı Mersedes Barça Pardoya ilk dəfə rast gələndə qızın cəmi 13 yaşı var imiş. Markes ona evlilik təklif edəndə qız bütün ciddiliyi ilə belə cavab vermişdi: “ Mən razıyam, amma icazə versəydiniz, əvvəlcə məktəbi bitirərdim”.(Ancaq 16 yaşlı Sona xanım 73 yaşlı Tağıyevin təklifini həmən qəbul etmişdi)
Toy düz 13 ildən sonra olmuşdu.
Mersedes bütün çətinliklərdə Qabriellə olmuşdu. Qabriel ”Yüz ilin tənhalığı” romanını yazanda bir qəpik belə pulu yox idi. Mersedes ailəni dolandırır, sonuncu qızılını da satıb, romanın çapına verəndə inanırdı ki, əri dahidir. Çox tezliklə roman müəllifinə həm pul, həm də dünya şöhrəti qazandırdı. Amma əsas olanı— sadiq dost və gözəl ailəni o artıq qazanmışdı.
----'
Qabriel Markes:
Anamdan soruşurlar ki, ən çox kiminlə fəxr edirsiniz...
Hamı gözləyirdi ki, o, dünya şöhrətli oğlunun adını çəkəcək. Anam isə, rahibə bacımla fəxr etdiyini bildirdi. Anam onu da əlavə etmişdi iki, bu ikiüzlü dünyada təmis və namuslu övladlar yetişdirdiyinə görə çox xoşbəxtdir.
----
“Yüz ilin tənhalığı”nı yazarkən Markes özünü aylarla otağa qapadaraq yalnız yazıya həsr etmişdi. Ailənin maddi yükünü əsasən həyat yoldaşı Mersedes daşıyırdı.
----
“Yüz ilin tənhalığı”nın ilk cümləsi dünya ədəbiyyatının ən məşhur başlanğıclarından birinə çevrilib: polkovnik Aureliano Buendianın edam qarşısında dayanarkən uzaq keçmişi xatırlaması ilə başlayır.
Markesin Fidel Kastro ilə şəxsi dostluğu vardı. Siyasi baxışları səbəbindən bu münasibət uzun illər mübahisələrə səbəb olmuşdu.
O, Nobel mükafatını 1982-ci ildə ədəbiyyat üzrə aldı. Mükafat nitqində Latın Amerikasının reallıqlarından və özünəməxsus tarixindən danışmışdı.
--------------------
Qabriel Markesdən seçmələr:
Kasıblıq əlini cibinə atanda cibinin boş olması deyil, əlini çıxaranda tutacaq birinin olmamasıdır.
Gülümsə, kədərə məmnunluq yaratma.
Heç bir insan sənin göz yaşlarına layiq deyil, layiq olan isə səni ağlatmaz.
Arzunu yemək olmur, amma o səni toxdadır.
Hikmət Akademiyası

