BAKININ AEROPORT və AVTOVAĞZAL DƏRDİ

15-09-2026, 10:24           
BAKININ AEROPORT və AVTOVAĞZAL DƏRDİ
("Bizim problemlər" silsiləsindən)
Dostlar, indicə Heydər Əliyev adına Bakı aeroportundan gəlirəm. Vallah, dəhşətə gəlirəm. Niyə Baknın bütün əhalisi bir aeroportdan uçmalıdır? Niyə Bakıdan Naxçıvana, Gəncəyə, Zaqatalaya, Lənkərana gedənlər bu aeroporta gəlməlidir?! Azərbaycanən hər bölgəsində - Qəbələdən Lənkərana qədər, aeroport tikən hökumət niyə Bakıda ikinci aeroport açmır, birini Azərbaycanın xaricinə, o birini daxilinə uçuşlar üçün işlətmir?!
Müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, Bakıda 4-5 milyon adam, yəni, respublika əhalisinin yarısı yaşayır. Etiraz edən və edəcək opponentlərin nəzərinə: hazırda Bakıda 500 mindən çox qeydiyyatdan keçməyən ev var, elə bunların sakinlərini hesablasaq, 2 milyon edir. Deməli, Bakıda 4-5 milyon əhali real rəqəmdir. Niyə bu qədər adam bir aeroportdan uçmalıdır, niyə Bakıda xarici ölkələrə və daxili regionlara uçan, ən azı 2 aeroport olmamalıdır?!
Məlumat üçün deyim ki, Bakıdan əhalisi və ərazisi cəmi 2 dəfə çox olan Moskvada 5 aeroport fəaliyyət göstərir. Moskvadan xaricə uçanlar iki aerroportdan (səhv etmirəmsə, Vnukovo və Şeremetovadan), Moskvadan ölkə daxilinə uçanlar başqa üç aeroportdan uçurlar. Məsələn, Moskvadan SNQ ölkələrinə gedənlər, bir qayda olaraq Domodedovo aeroportundan uçurlar. Pisdir, yaxşıdır, amma belədir.
Bakıda avtovağzal problemi daha acınacaqlı vəziyyətdədir. Bakıdan Azərbaycanın bütün istiqamətinə, hətta ölkə xaricinə gedən adamlar bir avtovağzala gəlməlidir. Bura da avtovağzal deyil, "ticarət mərkəzi"dir. Təsəvvür edin ki, Bakıdan rayona getmək istəyən, avtovağzalda taksidən düşən hər kəs öz yüklərini "ticarət mərkəzi"nin içi ilə daşımalıdır və nə isə almalıdır. Taksidən avtobuslara qalxan bütün yolllar daim bağlıdır...
Yuxarıda deyildiyi kimi, Bakıdan cəmi iki dəfə böyük olan Moskvada 20 avtovağzal var. Hər istiqamətin - şimal, cənub, qərb, şərqin bir neçə avtovağzalı var, səfər edənlər yaxınlıqdakını avtovağzaldan gedə bilərlər. İstiqamətindən və məsafəsindən asılı olmayaraq, avtobuslar hər saatdan bir yola düşür. Bu avtovağzalların heç biri ticarət mərkəzi deyildir, ancaq ayrı-ayrı ticarət köşkləri fəaliyyət göstərir.
Və son olaraq. Dostlar, bilirəm, hamınız Moskvanı, rusları söyməyə, yerli-yersiz, təhqir etməyə, öz günahınızı özgədə görməyə meyillisiz. Amma yaxşını tərifləmək, öyrənmək və qəbul etmək lazımdır. Ən əsası da, rusların aeroport və avtovağzal praktikasını...
Qalib ARİF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]