İmkan vermək lazım deyil, peşəkar jurnalistika məhv olsun və ya məqsədli bu hala salınsın...
14-09-2026, 16:38
İllərin təcrübəli, ixtisaslı jurnalistləri və bu sahənin təcrübəli şəxsləri istəsə peşəkar jurnalistikanın məhvinə imkan verməz. Hər gün 1 məqalə yazıb sosial şəbəkə hesablarınızda paylaşın, problemləri işıqlandırın, faktları göstərin, peşəkar yanaşma ortaya qoyun. Görəcəksiz o iki cümləni ardıcıl yaza bilməyən bloggerlər də, onların müdafiəçiləri də hansı addımlar atmağa məcbur olur. Sosial şəbəkələrdəki hesablarınızda yazmağa pul lazım deyil ki... Status yazmağa vaxtınız varsa, deməli yazı yazmağa da vaxt tapılar... İmkan vermək lazım deyil, peşəkar jurnalistika məhv olsun və ya məqsədli bu hala salınsın... Zatən illərdir bizi aldadıblar... Barı bu yaşda aldanmayaq... Ədil Hüseynli