ELM ADAMLARI BÜTÜN DÖVRLƏRDƏ BƏŞƏRİYYƏTƏ ALLAHIN BƏXŞ ETDİYİ BİR NEMƏTDİR.

17-09-2026, 12:34           
ELM ADAMLARI BÜTÜN DÖVRLƏRDƏ  BƏŞƏRİYYƏTƏ ALLAHIN BƏXŞ ETDİYİ BİR NEMƏTDİR.
5 sentyabr 1862-ci ildə meteoroloq Jeymes Qleyşer və aeronavt Henri Cokcuell elmi məqsədlər üçün, hava şarında maksimum yüksəkliyə qalxıblar.
Təxminən 9000 metr hündürlükdə Qleyşer huşunu itirir. Cokcuell də özünü pis hiss edir və böyük çətinliklə hidrogenin bir hissəsini buraxır və balonu yerə endirmək üçün, manevr klapanını açır. Taleləri mərhəmət etdiyindən, onlar möcüzəvi şəkildə xilas olmağı bacarırlar. Əgər qismət olmasaydı, şar cəsur ELM ADAMLARINI qaçılmaz ölümün gözlədiyi atmosferin kənarına aparacaqdı. Aeronavtların səhhətinin pisləşməsinə yəqin ki, soyuq və oksigen çatışmazlığı səbəb olub və ya onlar çox tez səthə qalxdıqları halda dalğıclarda baş verən dekompressiya (Dekompressiya xəstəliyi təzyiqin sürətlə azalması (məsələn, dərinlikdən qalxma, kesson və ya təzyiq kamerasından çıxma, yüksəkliyə qalxma) zamanı baş verir. Bu zaman əvvəl qanda və ya toxumalarda həll olunan qaz qan damarlarında qaz qabarcıqları əmələ gətirir) xəstəliyindən əziyyət çəkiblər.
*Bu hadisə aviasiya tarixinə ən təhlükəli uçuşlardan biri kimi və bəlkə də insanın kosmosa ilk yüksəliş cəhdi kimi düşüb. Bundan sonra Qleyşer daha 21 uçuş edib və hava hadisələrinin öyrənilməsində əsas rol oynayan müşahidələrini yazıb - o, yağış damcılarının yerə gedib düşənəcən yolda rütubəti toplayaraq, necə əmələ gəldiyini kəşf edib və küləyin atmosferdə sürətinin yüksəkliyə qalxan və ya eniş zamanı dəyişdiyini müşahidə edib. Müasirlər ona atmosferin yuxarı təbəqələri haqqında o dövrün əhəmiyyətli biliklərinin bir hissəsini çatdırdığına görə borcludular.
Есмира Шукурова












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]