Filosof Qünter Andersin: İnsanları idarə etmək üçün, Hitler sayağı üsullar köhnəlib.

18-09-2026, 08:14           
Filosof Qünter Andersin:  İnsanları idarə etmək üçün, Hitler sayağı üsullar köhnəlib.
Hələ 1956-cı ildə filosof Qünter Andersin peyğəmbərlik düşüncəsini yazıb:
“Hər hansı bir üsyanı yatırmaq üçün, zorakı hərəkətlərə ehtiyac yoxdur. Hitler sayağı üsullar köhnəlib.
O qədər çox güclü kollektiv asılılıq yaratmaq kifayətdir ki, üsyan ideyasının rüşeymi belə, insanların beynində artıq görünməsin. İnsanların bioloji bacarıqlarını doğuşdan məhdudlaşdıraraq, istənilən ideallıqda formalaşdırmaq olar.
Bundan sonra, biz təhsili öz standartlarımıza uyğun olaraq, davam etdirəcək, kəskin şəkildə azaldacaq, onu peşəkar bacarıqların əldə edilməsinə qədər sıxışdıracaqıq. Savadsız insanın dünyagörüşü məhduddur və onun təfəkkürünü orta səviyyəli məşğuliyyətlərlə məhdudlaşdıqca, üsyan etmək qabiliyyəti də o qədər az olur.
Biz əmin olmalıyıq ki, elmə çıxış getdikcə çətinləşsin və elitar olsun, insanlarla elm arasında uçurum yaransın və geniş ictimaiyyət üçün, informasiya təxribatçı məzmun daşımasın.
Əsas odur ki, - fəlsəfəsiz! Burada da biz birbaşa zorakılıqdan daha çox inandırma gücündən istifadə etməliyik: biz kütləvi şəkildə televiziyalarda yalnız duyğulara və ya instinktlərə toxunan əyləncə proqramları yayımlayacağıq.
Ağıllar faydasız və oynaq şeylərlə məşğul olacaq. Davamlı faydasız söhbətlər və musiqi ilə ağlı düşünməkdən uzaqlaşdırmaq mümkündür. Seksuallığı insan maraqları siyahısında, birinci yerə qoyacağıq. Bundan yaxşı sosial trankvilizator yoxdur. Ümumiyyətlə, biz bunu elə edəcəyik ki, varlığın ciddi hissəsini aradan qaldıraq, dəyərli olan hər şeyi, insanlığı ələ salaq, daim qeyri-ciddiliyi qiymətləndirək, qoruyaq ki, aşkarlıq eyforiyası insan xoşbəxtliyinin etalonuna, azadlıq modelinə çevrilsin.
Beləliklə, asılılıq elə inteqrasiyaya gətirib çıxaracaq ki, qorumalı olacağımız yeganə qorxu - sistemdən kənarlaşdırılmaq və buna görə də xoşbəxtlik üçün, lazım olan şərtlərə çata bilməmək - olacaq.
Bu şəkildə formalaşan kütləvi insana olduğu kimi, necə var elə davranılmalıdır: inək kimi və həmişə nəzarətdə saxlanılan sürü kimi baxılmalıdır.
Onu apatiya laqeydliyinə gətirib çıxaran hər şey ictimai sərvətdir və onu oyatmaq olar, onu ələ salmaq, sıxışdırmaq, ona qarşı mübarizə aparmaq lazımdır. (Apatiya ətrafda baş verən hadisələrə biganəlik, laqeydlik, emosional soyuqluq ilə xarakterizə olunan psixi vəziyyətdir. Bu ayrı bir xəstəlik deyil, bir sıra somatik xəstəliklərin və psixi pozğunluqların gedişatını müşayiət edən simptomlar kompleksidir.)
Sistemi şübhə altına alan hər hansı bir doktrina və şəxs təxribatçı, terrorçu kimi etiketlənməlidir və onu dəstəkləyənlərə daha sonra terrorçu kimi baxılacaq”.
Günter Anders, “İnsanın köhnəlməsi” 1956
Hazırladı: Esmira ŞÜKÜROVA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]