Azərbaycanlı Şahin - Fərrux ağa Qayıbov

17-09-2026, 17:54           
Azərbaycanlı Şahin - Fərrux ağa Qayıbov
Düşmənin də olsa gərək alman kimisi olsun...
110 il ötdü Bu gün vəfat günü olan İlya Muromets №16 adlı bombardmançı təyyarənin heyət üzvü, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux Qayıbov haqda.
Poruçik Fərrux Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Fərrux ağa Qayıbov ilk uçuşu zamanı Neman çayının üzərində böyük hərbi əhəmiyyəti olan körpünü dağıtmış və beləliklə də alman qoşunlarının və onların müxtəlif hərbi yüklərinin daşınmasını xeyli ləngitmişdi
Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Bu zaman alman xarakteri və “düşmən”ə münasibət özünü müsbət yönü ilə nümayiş etdirir. Almanlar onun qəhrəmanlığı ilə bağlı məktub yazıb salamat qalan əşyaları ilə birgə Qərb cəbhəsinə atırlar. Həmçinin həmin məktubda pilotun elə onlar tərəfindən hörmətlə dəfn olunacağı da qeyd edilir.
Elə də olur. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar.
Fərrux Qayıbov 1891-ci il oktyabrın 2-də Qazax qəzasının Salahlı kəndində anadan olub. Belarusiyanın Boruno qəsəbəsində dəfn edilib və məzarı indi də ordadır.
Qeyd edim ki, Fərrux ağa Qayıbov həm də Əliağa Şıxlinskinin qohumudur.
Baba Allahnəzərov















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]