Bizim böyük şəxsiyyət Əlimərdan Bəy Topçubaşı və Qutlu- Məhəmməd Batırgireyeviç Tevkelev. 1908-ci il
17-09-2026, 16:54
Tevkelev Krım xanları olmuş Gireylər nəslinin nümayəndəsi idi. Hərbçi idi. Hərbdən uzaqlaşdıqdan sonra siyasətçi kimi fəaliyyət göstərirdi. Siaysi fəaliyyəti dövründə Ümumrrusiya müəlmanlarının hüquqlarının müdafiəsində iştirak edirdi. Hətta iki dəfə Rusiya Dumasının Müsəlman Fraksiyasının sədri olmuşdur. Burada Əlimərdan Bəylə tanış olmuş və ona çox böyük hörməti yaranıb. Atdığı addımlarda Əlimərdan bəyin fikirlərindən, dünyagörüşündən yararlanmışdı. Daha maraqlı bir yazı da oxudum. Hər ikisi rus dilində sərbəst bilsələr də, birlikdə olanda öz türkcəmizdə danışırlarmış. Axı Krım türkcəsi bizə çox yaxındır. Allah hər ikisinin ruhunu şad etsin. Millətimizin, dilimizin bu gün var olması onlar kimi böyüklərin, intellektualların mirasıdır. Şehla Cabbarlı