György Dózsa 1514-cü ildə Macarıstanda iri feodallara və əyanlara qarşı baş vermiş böyük kəndli üsyanının rəhbəri idi.
17-09-2026, 08:54
1514-cü ilin iyul ayında Temesvár (indiki Timișoara) döyüşündə György Dózsa-nın ordusu Transilvaniya voyvodası János Szapolyai tərəfindən məğlub edildi. Əsir götürülən Dózsa və onun yaxın tərəfdaşları feodalların intiqamı üçün xüsusi işgəncəli edama məhkum olundu. Əyanlar onu üsyan zamanı "kəndlilərin kralı" elan olunmasına cavab olaraq istehzalı və qəddar bir şəkildə cəzalandırmağı seçdilər. 1514-cü il iyulun 20-də Temesvár şəhərində edamı icra olundu: Dózsa-nı kor-təbii şəkildə közərdilmiş dəmirdən hazırlanmış "taxt"a əyləşdirdilər. Əllərinə közərdilmiş dəmir əsa verdilər və başına qızdırılmış dəmir tac qoydular. Dózsa ilə birgə əsir alınan və günlərlə ac saxlanılan üsyançılar onun ətrafında rəqs etməyə məcbur edildi. Onlara Dózsa-nın bədənindən ət qoparıb yemək əmri verildi; imtina edənlər yerindəcə öldürüldü. Dózsa işgəncələr zamanı heç bir fəryad qoparmadan, son anına qədər dözümlülük nümayiş etdirdi. Dózsa-nın edamından sonra bədəni dörd yerə bölünərək ibrət olsun deyə Macarıstanın müxtəlif şəhərlərində nümayiş etdirildi. Bu üsyanın yatırılması ilə Macarıstanda kəndlilərin hüquqları tamamilə ləğv edildi və onlar təhkimli vəziyyətinə salındı (Tripartitum qanunnaməsi). Sahil Born To Die