Tolstoy və ərini axtaran qadın
17-09-2026, 08:14

Bir dəfə dahi yazıçı Lev Tolstoy vağzalda qatar gözləyirmiş. Bu anda bir qadın təlaş içində həyat yoldaşını axtarır. Qatar isə yola düşmək üzrə idi. O, Tolstoya yaxınlaşır. Onu sadə bir səfil zənn edərək deyir ki, ağsaqqal, zəhmət olmasa, ərimi axtarıb tapa bilərsinizmi? Tapsanız, sizə bir qəpik verərəm. Bu təklifdən məmnun qalan Tolstoy işi qəbul edir.
O, gedib qadının ərini tapır və geri gətirir. Bu zaman bəzi insanlar Tolstoyu tanıyır. Qadın qarşısında dayanan qocanın kim olduğunu biləndə xəcalət çəkir. O, pulu geri götürmək istəyəndə deyir ki, sizin, böyük qraf Tolstoyun bunu qəbul etməyinə yol verə bilmərəm. Tolstoy gülümsəyərək cavab verir ki, pulunuzu qaytara bilmərəm, onu özüm üçün saxlayacağam. Bu, indiyə qədər dürüst əməklə qazandığım yeganə puldur.
Tolstoy üçün həmin bir neçə dəqiqə əsl hədiyyə idi. Çünki o bu bir neçə dəqiqədə ilk dəfə azad olduğunu hiss etmişdi.
Buqələmun

