Hitlerin ölüm əmrini verdiyi, Stalinin qoruduğu hipnozçu haqqında İlginc FAKTLAR
16-09-2026, 16:04

Ən yeni tarix. Maraqlı faktlar.
Volf Messinqin ağılları oxuya bilən, başqasının düşüncələrini manipulyasiya edən bir telepat olub.
O, eyni zamanda SSRİ-də insanların fikirlərini öyrənməyi psixoloji eksperimentlər ilə nümayiş etdirən estrada artisti idi.
Tam adı Wolf Gregorevich Messingdir. 10 sentyabr 1899-cu ildə Polşanın Qura Kalvariya şəhərində, yoxsul bir yəhudi ailəsində dünyaya gəlib.
8 noyabr 1974 -cü ildə Moskvada dünyasını dəyişib.
Messinqin ailəsi onu dini təhsil alaraq ravvin olması üçün məktəbə göndərir. Lakin o, bununla razılaşmayıb evdən qaçır.
Anadangəlmə əsəb xəstəsi olan Volf kənddə Fələstindəki yəhudilər üçün yığılan pulları oğurlayır.
Volf qeyri-adi qabiliyyətini də ilk dəfə Berlinə getmək üçün mindiyi qatarda kəşf edir.
13 yaşlı Volf bilet əvəzinə bələdçiyə adi kağız parçası uzadır və sadəcə çox istəyir ki, bu kağızı bilet kimi qəbul edilsin. Bu onda alınır və Volf ilk dəfə anlayır ki, sirrini bilmədiyi qeyri-adi qabiliyyətə malikdir.
Berlinə qatarla gələn Messinq sirkdə işə düzələndən sonra məşhurlaşır.
Sirkdə tapıla bilməyən müxtəlif əşyaları taparaq diqqət çəkən Messinq, getdikcə daha da məşhurlaşır. O, qastrol səfərlərində xeyli məşhurla tanış olur.
Volf Messinq qastrol səfərlərində Albert Eynşteyn, Ziqmund Freyd və Mahatma Qandi kimi məşhur insanlarla tanış olma fürsətini də yaxlaya bilib.
O, 1915 -ci illərdə cəmi 16 yaşında ikən Vyanada Eynşteynlə görüşüb və sonra onun vasitəsilə Ziqmund Freydlə əlaqə qurub. Bu ikisinin rəhbərliyi altında müxtəlif telepatiya təcrübələrinə qatılan Messinq, Freydlə də fərqli təcrübələr aparıb.
VolF Messinq 12 il sonra Qandi ilə tanış olub və onunla da təcrübələrdə iştirak edib.
İkinci dünya müharibəsinin başlanması ilə Messinqin də qara günləri başlayıb.
Messinq 1937-ci ildə kütlə qarşısında çıxış edərkən çəkinmədən bəyan edib ki, bu qızğın silahlanmanın axırı növbəti dünya müharibəsi ilə başa çatacaq, son hədəf təbii ki, “kommunizmin yuvası” SSRİ-dir.
Deyib ki, əgər Almaniya SSRİ-nin üzərinə hücum etsə, ilk qələbə eyforiyasına baxmayaraq, axırda görünməmiş miskinliklə məğlub olacaq.
Bu bəyanat ölkədə qalmaqal yaradıb. +itler Messinqin həbs edilməsi üçün külli miqdarda mükafat təyin edib.
Onu Reyxin və şəxsən özünün bir nömrəli düşməni adlandırıb.
+itler Messinqi öz əlilə kütlə qarşısında asacağına söz verib.
Messinq ilk vaxtlar ustalıqla gizlənə bilsə də bir müddət sonra almanların əlinə keçir və onu həbsxanaya salıblar. Həbsxanada isə parapsixologiya tarixində ən unikal hadisə baş verib.
Messinq qüdrət və bəsirətində olan bütün ruhi qüvvəsini, hipnoz, təlqinetmə qabiliyyətini səfərbər edərək, nasist mühafizəçiləri növbə ilə kameraya çağırır, axırda özü çölə çıxır, kameranın ağzını bağlayır və heç nə olmamış kimi çıxıb gedir…
Qaçdıqdan sonra Sovet İttifaqına sığınan və bunu da təlqinetmə yolu ilə edən Messinq, Rusiyada da nümayişlərə başlayıb. Bir nümayiş zamanı Stalinin adamları Messinqi götürüb onun yanını gətiriblər.
Bu şou vasitəsilə Messinqlə Stalinin münasibətləri başlayıb.
Stalinin əmri ilə Messinq Moskvada yaxşı qorunan bir dövlət bankından yüz min rubl almağa çalışıb.
Banka girən Messinq zabitə əlindəki kağızı uzadaraq ondan yüz min rubl istəyib.
Sonra yüz min rubl olan çanta Messinqə verilib. Bunun üzərinə Stalin Messinqə daha bir neçə tapşırıq verib və onları yerinə yetirməsini xahiş edib.
Digər hökumətlər tərəfindən sevilməyən Messinq artıq bir çoxunun qara siyahısında olub.
Bir çox ölkə başçıları onun ölməsini istəyib. Başqa ölkələrin hökumətləri tərəfindən qorxu ilə yanaşılan Messinq öldürmək istənilsə də, Stalin buna icazə verməyib və Messinqi qoruyub.
Ölümünə qədər Rusiyada yaşayaraq böyük bir nüfuz qazanan Messinq, 1974 -cü ildə vəfat edib.
Əvvəldən anadan yetim qalan Volfun atası, qardaşları, ümumiyyətlə, bütün yaxın qohum-əqrəbası müharibənin ikinci ilində ölüm düşərgəsi Maydanekdə həlak olublar.

