INSANLIQ İNSANI ƏBƏDİ YAŞAR EDƏR
15-09-2026, 12:14

Biri sizə həyatdan çəkdiklərinə görə, xeyirxahlıqdan uzaq olduğunu söylərsə, ona KEANU REEVESİ haqqında danışın
Atası onu 3 yaşında tərk edib, qızı 8 aylıq olarkən ölüb, arvadı avtomobil qəzasında ölüb, ən yaxşı dostu xəstəlikdən ölüb. Və hər şeyə baxmayaraq, dünyaca məşhur aktyor Keanu Rivzin parıltısı heç vaxt solmadı, dünyası heç bitmədi.
*"Göl evi" filminin çəkilişləri zamanı o, iki kostyum köməkçisinin danışdığını - bir qadının 20.000 dollar ödəməyəcəyi üçün, evini itirəcəyindən, ağladığını öyrəndi - eşitdi. O, heç bir xəbər etmədən, qadının hesabına həmin məbləğı yatırıb.
*2010-cu ildə ad günündə o, təkbaşına şirniyat sexinə girib və şamlarla bəzədilmiş tort alıb. O, küçəyə çıxaraq, bütün müştərilərə pulsuz qəhvə və tort təklif edib. Onun təmtəraqlı ad günü belə keçib.
*Matrix trilogiyasından qazandığı pulla o, xüsusi effektlər komandasına 50 milyon dollar paylayıb, çünki onun fikrincə, filmlərin əsl qəhrəmanları onlar idi.
*Onun kaskadyorlar kimi xüsusi şeylər istisna olmaqla, demək olar ki, heç bir kaskadyoru yoxdur, ona görə də o, kaskadyorlarının işininin ağırlığını bildiyindən, onların hər birinə “Harley Davidson”motosikleti hədiyyə edib.
*Bu günə qədər o, müntəzəm olaraq metro və avtobus kimi digər ictimai nəqliyyat sistemlərindən istifadə edir. Yaşlılar. Uşaqlar, qadınlar vaqona daxil olduqda, yerindən qalxır və heç vaxt utanmır, çünki bu, ən praktiki şeydir.
*Çox sayda xəstəxana ondan on milyonlarla dollar aldığını bildirir.
*O, maaşının 90%-ni bəzi filmlərə bağışlayır ki, istehsalçılar başqa ulduzları da işə götürsün.
*1997-ci ildə prodyuseri onu küçədə evsiz bir kişinin yanında oturub, evsizlərin həyatını dinləyərkən və onunla səhər yeməyi yeyərkən tapıb.
*Keanu Reeves haqqında bildiyimiz bütün xeyirxah əməlləri o, heç vaxt heç kimə danışmayır. Onun barəsində yaxşılıq etdiyi, ondan faydalanan insanlar danışır.
*Yaşadığı hər şeyə görə o, həyata daha kədərli və daha pessimist baxışlı ola bilərdi, amma yenə də hər pisliklərin, kədərin içində yaxşısı insan olmağı seçib.
Esmira ŞÜKÜROVA

