Bu qeyri-adi davranış göstərir ki, arılar təkcə çalışqan deyil, həm də təbiətin balansını qorumağı bacaran müdrik varlıqlardır.
6-10-2026, 12:14

(Arı propolisinin nəyə qadir olduqunu bilirdim.)
Kiçik bir siçan balın şirin qoxusuna və pətəyin isti havasına aldanaraq yemək və ya sığınacaq tapmaq ümidi ilə arıların yuvasına yaxınlaşır.
Lakin bu maraqlı cəhd çox vaxt onun həyatının sonu olur, çünki arılar evlərinə dəvətsiz qonaqları əsla xoş qarşılamazlar.
Arılar siçanın varlığını hiss edən kimi pətəklərini qorumaq üçün hücuma keçirlər və onu öldürənədək sancırlar.
Amma əsas məsələ siçan öldükdən sonra başlayır. Çünki onun cəsədi arıların daşıya və ya pətəkdən çıxara bilməyəcəyi qədər böyükdür.
Məhz bu anda arıların fitri, instinktiv zəkası işə düşür. Çürüyən bədənin yayacağı iy və mikrobların koloniyaya zərər verməsinin qarşısını almaq üçün arılar təbiətin onlara bəxş etdiyi möcüzəvi bir maddədən istifadə edirlər: propolis, yəni arı saqqızı.
Ağac qatranı və mumdan hazırladıqları bu maddə təbiətin möcüzəvi qoruyucusudur.
— Antibakterial və göbələkəleyhinə xüsusiyyətlərə malikdir.
— Rütubətin və çürümənin qarşısını alır.
— Zərərli mikroorqanizmlərin yayılmasının qarşısını alaraq cəsədi pətəyin qalan hissəsindən tamamilə təcrid edir.
Arılar siçanı qat-qat propolislə örtür, sanki onu bir lahit içində həbs edirlər.
Beləcə cəsəd çürümədən, qoxu yaymadan və pətəyin sağlamlığını təhdid etmədən zamanla quruyur.
Bu qeyri-adi davranış göstərir ki, arılar təkcə çalışqan deyil, həm də təbiətin balansını qorumağı bacaran müdrik varlıqlardır.
Onlara pətəkdə nizamı və təmizliyi necə qorumağı öyrədən şey isə doğuşdan gələn o yanılmaz instinktləridir.
Könül Həsənova
TEREF

