Mingəçevir Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən ayrıldı - TƏBİB-də son dövrlərdə həyata keçirilən kadr dəyişikliklərinə ETİRAZ...

6-10-2026, 11:27           
Mingəçevir Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən ayrıldı -
Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Ülfət Qurbanov vəzifəsindən azad edilib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Ülfət Qurbanov TƏBİB-in yeni rəhbərliyi ilə işləmək istəmədiyini bildirərək vəzifədən ayrılması ilə bağlı ərizə yazıb.

Qeyd edək ki, Ülfət Qurbanov 2024-cü ilin sentyabrında Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru təyin edilmişdi. O, bundan əvvəl uzun müddət həmin tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, daha sonra direktor müavini və baş həkim vəzifələrində çalışıb.

Ülfət Qurbanovun vəzifədən ayrılması TƏBİB-də son dövrlərdə həyata keçirilən kadr dəyişiklikləri fonunda baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]