Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından altı il ötür

5-10-2026, 09:58           
Ermənistanın Bərdəni ilk dəfə raket atəşinə tutmasından altı il ötür
Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket və artilleriya atəşinə tutmasından altı il keçir.
2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələrinə və Mərkəzi Xəstəxananın yaxınlığına düşən raket mərmiləri nəticəsində iki nəfər həlak olub, altı nəfər yaralanıb.

Hadisə zamanı şəhərin mülki infrastrukturu da ciddi zərər görüb.

Xatırladaq ki, Vətən müharibəsi dövründə - 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində Bərdə ümumilikdə beş dəfə düşmən atəşinə məruz qalıb. Həmin hücumlar nəticəsində 28 mülki şəxs həlak olub, 108 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]