Ermənistanda tövləyə çevrilən pravoslav məbədləri və qədim gürcü izlərinin silinməsi

5-10-2026, 09:34           
Ermənistanda tövləyə çevrilən pravoslav məbədləri və  qədim gürcü izlərinin silinməsi
Ermənistan ərazisində gürcü xalqına aid çoxsaylı abidələr və məbədlər var. Kobairi, Svregi, Axtala, Xnevanki, Kiranci. monastırları və bir çox digər kilsələr bu günə qədər dövlətin diqqətindən kənarda qalmaqdadır.
Kilsələrdə pravoslav ayininə uyğun liturgiyanın keçirilməsinə icazə verilmir.
Üstəlik, divarlardan gürcü freskaları və qədim gürcü əlifbası ilə yazılmış yazılar qoparılıb silinir, yaxud da abidələr sadəcə olaraq mal-qara və donuz tövləsinə çevrilir.
Ermənistanın gürcü icmasının tarixi-mədəni irsinin abidələri qorumaq, müdafiə etmək və onlara çıxış əldə etmək üçün heç bir mexanizmi yoxdur.
Gürcü pravoslav kilsəsinə tarixən bağlı olan bu monstr, Ermənistanın şimalındakı Lori vilayətində, Tumanıyan şəhəri yaxınlığında, Debed çayının yaratdığı dərin və sıldırım dərənin kənarında yerləşən, XII–XIII əsrlərə aid qədim xaçpərəst monastır kompleksidir. Kompleks özünün unikal yerləşməsi, memarlıq elementləri və daxilindəki orta əsr freskaları ilə tanınırdı.
Kilsədə olan freskalar tamamilə Bizans-Gürcü pravoslav ikonoqrafiyası üslubunda çəkilmişdir.
Kafedralın Ermənistan əlinə keçməzdən və erməniləşdirmədən öncə, 1971-ci ilə qədər mehrab və divar hissələrində İsa Məsih, 12 havari, kilsə ataları, Müqəddəs Məryəm və monastırın hamisi olan Zəkəri əyanlarının təsvirləri yer alır.
Gürcüstan Pravoslav Kilsəsi iddia edir ki, bura Gürcü monastırıdır və gürcü xalqının mədəni irsidir. Eçmiədin kilsəsi iddia edir ki, kilsəni tikən ermənilər olublar, buna görə də abidə Ermənistana məxsusdur.
Ermənistanın iddiasına baxmayaraq tarixi rəsm və sənədlər də təsdiq edir ki, bura gürcülərə aiddir. Monastırın divarlarında az sayda ermənicə yazı olsa da, onun əsas böyük kafedralı, zəng qülləsi və türbə qismlərindəki bütün rəsmi yazılar Asomtavrulilə həkk olunub. Qeyd edim ki, qədim gürcü dilidir. Bu yazılarda gürcü dilində kilsəni idarə edən və bərpa edən gürcü-xalkidon ruhanilərinin, Mxarqrdzeli əyanlarının adları qeyd olunub
XIII əsrdə tikilmiş, hazırda damı və günbəzi tamamilə uçmuş böyük kafedral kilsədir. Əsas unikal freskalar bu kilsənin salamat qalmış divarlarında yerləşir
Kilsənin günbəzi və damı çoxdan uçub-dağılıb, XII-XIV əsrlərə aid unikal freskaları bütün küləklərə və pis hava şəraitinə qarşı müdafiəsiz qoyub…. Taxta dayaqları nəzərə almasaq, freskalar sözün əsl mənasında açıq səma altındadır, kafedralın günbəzi uçub və 1971-ci ildə bərpa edilmiş unikal freskalar dəyişib.
Freskaların 1225-1250-ci illər arasında çəkildiyi ehtimal olunur. Kafedralın divarındakı gürcü dilində olan yazılar silinib.
Bəzi bərpa və qazıntı işləri adı altında divarlardakı qədim gürcüdilli yazılı daşlar zədələnib, silinib və ya sındırılaraq yox edilib.
Erməni restavratorları və millətçi qrupları abidənin gürcü kimliyini gizlətmək üçün daşların üzərindəki qədim gürcü yazılarının içini doldurur, bəzi yerlərdə isə yazılı daş qatlarını bərpa adı altında yonaraq və ya birbaşa divardan qoparıb sındıraraq yox edirlər. Məqsəd, gələcək nəsillərin və beynəlxalq tədqiqatçıların bu kilsədə gürcü izini tapmasının qarşısını almaqdır
Kobayr başda olmaqla Axtala və Kirants kimi məbədlərin bəzi otaqları və ətrafı uzun illər baxımsızlıqdan yerli əhali tərəfindən mal-qara və donuz tövləsi kimi istifadə olunmuş, abidələr antisanitar vəziyyətə salınmışdır.
Ermənistan tarixçiləri dövlət sifarişi ilə xüsusi bir tezis hazırlayıblar. Onlar iddia edirlər ki, XIII əsrdə bu bölgələrdə pravoslavlığı qəbul edənlər gürcülər deyil, "xalkidonçu ermənilər" olub. Bununla da divarlardakı gürcü dilində yazılmış yazıları sadəcə "xarici dil təsiri" kimi qələmə verib abidələrin etnik gürcü mənsubiyyətini inkar edirlər.
Görəsən biz Azərbaycana qarşı kəskin reaksiyanın eynisini nədənsə Ermənistanda tamamilə məhv olmaqda olan gürcü abidələrinə qarşı göstərməyən Gürcüstan Pravoslav kilsəsi Rusiyadan aldığı əmrə görə niyə hərəkət edir?
Prof.Dr. Zaur Aliyev
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]