MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? (VİDEO)

1-10-2026, 11:57           
MİQ-də uğur qazanan müəllimlərin bir qismi niyə işlə təmin olunmur? (VİDEO)
Bir tərəfdə paytaxt məktəblərində müəllim çatışmazlığı yaşanır, digər tərəfdə yüksək bal toplayan müəllimlər boş vakant yer tapa bilmədiklərini deyirlər.

Ötən gün paytaxt məktəblərindən bir neçəsində müəllim çatışmazlığı ilə xəbər təqdim etdikdən sonra “Xəzər Xəbər”in qaynar xəttinə paytaxtın daha bir neçə məktəbində eləcə də Sumqayıt və digər ərazilərdə də kadr çatışmazlığı ilə bağlı şikayətlər daxil olub.

Həmçinin bu şikayətlər arasında MİQ imtahanında yüksək bal toplasa da, vakant yerlər tapa bilmədiyini iddia edən müəllimlər də var. Onlar bildirirlər ki, tədris etmək istədikləri fənlərə uyğun az vakant yer təqdim edilir. Bu səbəbdən də onlar yüksək bal toplasalar da müsabiqədən kənarda qalırlar. //Xəzər TV













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]