AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, əcəb edirsiz, doğrudurmu?! Vətəndaşların səbrini sınayır, test edirsiniz?
30-09-2026, 16:26
"Ultra ağıllı"lar çox "möhtəşəm" iş görüblər: Sumqayıt-Ceyranbatan-Bakı marşrutu üzrə 1 manata işləyən "Hyundai" tipli avtobusları, mikroavtobusları dünəndən yığışdırıblar. Hansı ki, bu istiqamətdə insanları daha çox onlar daşıyırdılar. İndi yüzlərlə biçarə vətəndaş beləcə qalıb küçələrdə. Bu yöndə qanuni reyslər isə vətəndaşları ələ salmaq, görüntü yaratmaqdan başqa heç bir anlam daşımır! Ceyranbaranda düz 40 dəqiqəyə yaxındır (06:58-07:37) nə 500 gəlir, nə 594, 595 saxlayır! Belə... Biz dedikcə reysləri artırın, Ceyranbatanın nəqliyyat problemini həll edin, əksini edirlər. AYNA - Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, əcəb edirsiz, doğrudurmu?! Vətəndaşların səbrini sınayır, test edirsiniz? Axı bu sabotajdır! Elshad Memmedli