Qubad İbadoğlu Almaniyadadır

29-09-2026, 17:09           
Qubad İbadoğlu Almaniyadadır
Məlumata görə iqtisadçı alim Qubad İbadoğlu artıq, azadlıqdadır və bu gün Almaniyaya gəlib.
Bildirilir ki, Azərbaycan hakimiyyəti tərəfindən Qubad İbadoğlunun səhhətində yaranan kəskin mənfi fəsadlar dəyişikliyinə görə, onun xaricə çıxışına qoyulan qadağa götürülüb. Müayinə və müalicə üçün və həm ola da bilsin ki, ürəyində açıq tibbi əməliyyat üçün Almaniyaya üz tutub.
Almaniya ürək cərrahiyyəsi üzrə ABŞ-a çatmaq qədər olmasa da, Avropada birincidir. Ukrayna, Kiyev Tibb Uni-sini bitirən kiçik oğlum, hazırda Almaniyada Uniklinikada ürək cərrahiyyısi üzrə praktika keçir. Deyir, Fransadan kardiocərrahlar onların klinikasında, mürəkkəb ürək cərrahiyyə üzrə, ən müasir əməliyyatlar təcrübəsi keçirlər.
Allah şəfa versin Qubad bəyə, bu ara pozulmuş səhhəti düzəlsin. Azərbaycana yönlü təqdirlidir.
Ilqar Altay












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]