F-16 nağılı, 790 uydurma itki və “onilliklərlə bərpa”: Ermənistanın yazmadığı 29 sentyabr

29-09-2026, 15:28           
F-16 nağılı, 790 uydurma itki və “onilliklərlə bərpa”: Ermənistanın yazmadığı 29 sentyabr
...Sentyabrın 29-da Artsrun Hovannisyanın adı ilə bağlı rəqəmlər isə hərbi tarixə demaqogiyanın nümunəsi kimi düşməyə layiqdir. Müharibənin üçüncü günü o, Azərbaycan Ordusunun 790 hərbçi itirdiyini, 1900 yaralısı olduğunu, 137 tank və zirehli texnikanın, 72 Pilotsuz Uçuş Aparatının (PUA), 7 helikopterin və bir təyyarənin məhv edildiyini elan edirdi. Bu rəqəmlərin nə dərəcədə uydurma olduğunu anlamaq üçün müharibənin bütün 44 günü ərzində Azərbaycanın rəsmi itkilərini xatırlamaq kifayətdir. Azərbaycan dövləti müharibə bitdikdən sonra 2900-dən çox şəhidinin adını açıqladı, yəni Hovannisyan üçüncü gün 44 günlük itkinin dörddə birinin artıq baş verdiyini iddia edirdi. Helikopter və PUA-larla bağlı rəqəmlər isə heç bir müstəqil mənbə tərəfindən heç vaxt təsdiq olunmadı, halbuki Azərbaycanın pilotsuz aviasiyası müharibənin sonuna qədər döyüş meydanında dominantlığını qoruyub saxladı və hər gün yeni vurulmuş erməni texnikasının kadrlarını yayımladı. Eyni gün Xankəndidəki qanunsuz “hərbi birləşmə”nin komandanının müavini Artur Sarkisyan Azərbaycanın 500-dən çox hərbçi itirdiyini deyirdi, yəni bir gün ərzində eyni tərəfin iki rəsmi şəxsi arasında 300 nəfərlik fərq var idi. Bu, sadəcə koordinasiyasızlıq deyildi, bu, rəqəmlərin döyüş meydanından deyil, təbliğat ehtiyacından doğduğunun sübutu idi. Erməni “xronika”sı da özü etiraf edir: “Düşmənin nəfəsi kəsilir” ifadələrinin çox şişirdilmiş olduğu erməni cəmiyyətinə yalnız noyabrın 9-dan sonra aydın oldu.
...Bundan sonra “Razminfo”nun Gümrü hava limanı yaxınlığında “Bayraktar TB-2”nin dolaşdığı barədə “Twitter” paylaşımının ciddiyyəti barədə nə isə demək artıqdır.
...Üçüncü günün ən mühüm siyasi məqamlarından biri Daşkəsən-Basarkeçər epizodudur. Erməni “xronika”sı Azərbaycanın Vardenis istiqamətində atəş açdığını iddia edir və bunu Azərbaycan Müdafiə Nazirliyinin “dezinformasiyası” ilə əsaslandırmağa çalışır. Fakt isə budur ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 29-da Ermənistan ərazisindəki mövqelərdən Daşkəsən rayonunun atəşə tutulduğunu bildirdi. Daşkəsən Azərbaycanın Ermənistanla dövlət sərhədində yerləşən, işğal zonasına heç bir aidiyyəti olmayan rayonudur və bu rayonun atəşə tutulması müharibənin coğrafiyasını Ermənistanın öz ərazisindən genişləndirmək cəhdinin ilk açıq nümunəsi idi.
ordu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]