CAHİL TROLLAR. MƏRKƏZİ KLİNİKANIN HƏKİMİ FİRDOVSİ İBRAHİMOVUN İŞİNƏ YOX, ...

28-09-2026, 00:03           
CAHİL TROLLAR. MƏRKƏZİ KLİNİKANIN  HƏKİMİ FİRDOVSİ İBRAHİMOVUN İŞİNƏ YOX, ...
CAHİL TROLLAR.
MƏRKƏZİ KLİNİKANIN HƏKİMİ FİRDOVSİ İBRAHİMOVUN İŞİNƏ YOX, FƏALİYYƏTİNƏ YOX, YALNIZ MƏLUM HADİSƏYƏ VERDİYİ AÇIQLAMAYA MÜNASİBƏT BİLDİRMƏYİM MƏNƏ QARŞI ÇEVRİLƏRƏK ŞƏXSİYYƏTİMƏ TOXUNAN İFADƏLƏR DƏ İŞLƏDİLDİ.
Düzdür bu xeyli az olsa da hər halda mənim səhhətimə təsir edəcək qədər mənfi haldır .
Bir daha bəyan edirəm mən nə Firdovsini nə də xəstəni və onun oğlunu tanıyıram.Hər ikisini bu xoşagəlməz hadisədə sosial şəbəkədə tanımışam
Firdovsi həkim peşəkardı, gözəl insandı bu əla,deyirik həm də tibbi hüquqda zəruri olan vacib nüanslara da diqqətli olsun
Məni qınayırlar ki,sən niyə yazmısan ora təsərrüfat hesablı deyil,bəli deyirəm oranın rəsmi adı Xüsusi Tibbi Xidmətin tabeliyində "Mərkəzi Klinika"MMC -dir.Sırf özəl də ola bilməz, İcbari Tibbi Sığorta ilə müqaviləsi var
Belə olmasaydı dövlətə məxsus TTY briqadaları ora xəstə aparmazdı.Xəstəyə verdiyi, mənim də sosial şəbəkədə gördüyüm ödəniş üçün talonlar adi kağız parçası olmazdı
Bəziləri daha da uzağa gedərək kiminsə sifarişi ilə yazdığımı , hətta "istəməzdik kiməsə alət olasan"kimi absurd ifadələr işlədirlər.Siz desəniz də bunlar mənə yapışmaz, cəhd etməyin.
Bəzi həkimlər irad bildirirlər ki,həkimsənsə həkimi müdafiə edərdin.Həkimlərin müdafiəsinə hələ sosial şəbəkələrdə məni kimi qalxan ikinci adam@ tanımıram,bu hadisədə "yalançı həmrəylik"dən çox uzağam.
Sonda gərək Firdovsi həkim mənə təşəkkür etsin ki, gələcəkdə belə tibbi hüququ səhvlər buraxmasın.Məhkəmədə belə peşə sahiblərindən peşəkarlıq yox,"gözəl insandır"yox, tibbi hüquq sənədlərini və ifadələrini soruşurlar.
Faiq Memmedli












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]