Türkiyədə keçirilən sorğuda respondentlərin 24,9 faizin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsi düşündürücüdür.
27-09-2026, 10:04
Görünən odur ki, bu qədər ortaq toplantılara, konfranslara, seminarlara rəğmən, Türkiyə ilə Azərbaycan arasında koordinasiya zəifdir, bəzi mövzularda bir-birimizi anlamaqda çətinlik çəkirik. Halbuki, ən ağrılı mövzular belə açıq şəkildə müzakirə edilməli, mövqelər aydınlaşmalıdır. Türkiyədə keçirilən sorğuda respondentlərin 56,5 faizinin Azərbaycanı Türkiyənin dostu hesab etməsinə baxmayaraq, 24,9 faizin Azərbaycanı düşmən ölkə kimi qiymətləndirməsi düşündürücüdür. Bu vəziyyət ancaq düşmənlərimizin maraqlarına xidmət edir. Sosial şəbəkələrdə ifrata varmaqdansa, bir-birimizi daha yaxşı anlamaq baxımından fikir ayrılığı yaradan mövzuların açıq və qapalı toplantılarda müzakirəsinə ehtiyac var. Bu haqda hər iki ölkənin rəsmiləri, diplomatları və ictimati xadimləri düşünməlidirlər. Elxan Şahinoğlu TEREF