“Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar

26-09-2026, 17:28           
“Liv Bona Dea” və Mərkəzi Klinikanın həkimləri Dambrauskası ələ saldı - Fotolar
"Liv Bona Dea" və Mərkəzi Klinikanın tanınmış həkimləri Elbəyi Daşdəmirli və Yasin Haxverdiyev "Sabah"ın baş məşqçisi Valdas Dambrauskası ələ salıb.

TEREF yazır ki, Xitab24.az-ın əldə etdiyi məlumata görə, bu litvalı mütəxəssisin müayinə üçün "Liv Bona Dea"ya müraciət etməsindən sonra baş verib.

Belə ki, həmin özəl klinikada çalışan Elbəyi Daşdəmirli məşqçi ilə şəkil çəkdirib və onu öz sosial şəbəkə hesabında paylaşıb.

Bu zaman həmin fotoya Yasin Haxverdiyev "Noyabrda məşhur alman uroloqu Hans Flick Bakıda prostat müayinəsi icra edəcəkmiş bu müəllimi deyirlər..." şərhini yazıb.

Mərkəzi Klinika həkiminin "Barselona"nın baş məşqçisini və Bakıda Kataloniya klubu ilə oyuna işarə etdiyi şərhə Dambrauskasın həkimi Elbəyi Daşdəmirli belə cavab verib:

"Elə həmin oyuna hazırlayıram".

Tanınmış həkimlərin pasiyenti bu formada müzakirə etməsi birmənalı qarşılanmayıb və bu, etik hesab olunmayıb.

Qeyd edək ki, xəbər yayımlandıqdan qısa müddət sonra Elbəyi Daşdəmirli paylaşımı silib.

Əlavə edək ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 53-cü maddəsinə görə, şəxsin həkimə müraciət etməsi faktı, diaqnozu, sağlamlıq vəziyyəti, müayinə və müalicə zamanı əldə edilmiş digər məlumatlar həkim sirridir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]