Türkiyədən bizə qarşı bir çirkin kampaniya başladıblar.
26-09-2026, 12:58

Əlbəttə bu Türkiyə cəmiyyətinin mövqeyi deyil. Sosial şəbəkələr əsasən alqoritmlə istifadə edilir. Artıq süni intellektlə bir təbliğat başladıb, minlərlə, onminlərlə insanı bu prossesə cəlb etmək olur. Bunun üçün "istedadlı" adamlardan ibarət qruplar fəaliyyət göstərir. İstənilən iki dövləti zaman-zaman düşmən və ya dost etmək üçün bu mexanizmlərdən istifadə edirlər.
Əvvəlcə psixoloji hərəkat başladılır. Bunun qarşısını almaq mümkün olmadıqda adi insanlar da axına qoşulur və çirkin məqsədləin qurbanına, eyni zamanda dəstəkçilərinə çevrilirlər.
Əsl gerçəklər kənarda qalır.
Elə Azərbaycanda da bunu edirlər. Heç kimə lazım olmayan axmaq bir mövzunu bütün xalq müzakirə edir. Bu da bir formada bizim kimi cəmiyyətlərin ziyanınadır.
İndi Türkiyədə başlayan prossesdə iştirak edənlərin çoxu bəzi dostlarımızın dediyi ki, türkiyəli erməni, yunan və sair etniklər deyil. Özbəöz türklər də var aralarında. Lakin onlar sadəcə din pərdəsi altında Azərbaycana qarşı hazırlanan bu provaksiyaya qurban gedirlər.
Nəticədə biz yenə məğlub duruma düşürük. Bu belə də olmalı idi. Dəfələrlə təklif etdik ki, heç bir təsir gücü olmayan saytlara, qəzetlərə pul verməkdənsə, real güc mərkəzləri, beyin mərkəzləri yaradın. Layihə də verdik. Azərbaycan Dövlətinin maraqlarının qorunması üçün gələcəyin ictimai rəyini yönəldəcək, təxribatların qarşısını alacaq vahid bir mərkəz yaradaq. Dinləmədilər.
Artıq illərdir ki, biz məhz sosial şəbəkələrdə məğlub duruma düşürük.
Qısa ətəkli bloggerlər yox, istedadlı jurnalistləri bu işə cəlb etmək lazım idi. Nə etdilər, "JEK" müdirlərini, Qaz İdarələrinin müdirlərini, İcra Başçıları müdafiə edən kütbeyin trol kütləsi yaratdılar. Onlara pul ayırdılar.
Cənablar, vaxtdır, gecikirik. Mütləq real iş görəcək, sosial mediada görünən və görünməyən mərkəzlər yaradıb Dövlətimizin maraqlarını müdafiə etmək zamanıdır.
Razi Abasbəyli
TEREF
TEREF

