Şəhidlərin Anım Günü tədbirində görəsən bu xanım nəyə gülür? FOTO

26-09-2026, 00:09           
Şəhidlərin Anım Günü tədbirində görəsən bu xanım nəyə gülür? FOTO
Diqqətlə baxın!
Bəlkə utandırlar!
Deməli 27 Sentyabr - Anım Günü münasibətilə Qax Peşə Liseyində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinə həsr olunmuş tədbir keçirilib.
Liseyin "Facebook" və "İnstagram" sosial şəbəkə hesablarında bu barədə məlumat və fotolar paylaşılıb.
Fotoların birində bir şəxsin əlini qoynuna qoyaraq güldüyü diqqətdən yayınmayıb və fotoda bu əks olunub.
Üstəlik "İnstagram" hesabında paylaşılan bu fotoya izləyicilərdən biri bu gülüşə sərt mövqey bildirib və "bu tədbirdə bəzi iştirakçılar gülürlər, burada güləsi nə var, bu hörmətsizlikdir" kimi etiraz səsləndirib. Görünür liseyin direktoru bu hesablara baxmır və ya görsə belə laqeyd münasibət göstərir. Çünki bu irada heç bir cavab yoxdur.
Həqiqətən də, normal adam, müəllimə və ya kimsə Anım Günü münasibətilə keçirilən tədbirdə niyə gülsün? Şəhidlər və onların xatirəsi bizim üçün həmişə əzizdir...
Bəs Anım Günü gülən bu xanım üçün nədir? Ümumiyyətlə, bu gülən şəxs kimdir?
Dəqiqləşdirdik ki, Anım Günü münasibətilə keçirilən tədbirdə gülən bu şəxsin adı Samirədir. Liseyin mühasibi vəzifəsində çalışır və eyni zamanda liseyin direktoru Səbuhi Bilalovun təsərrüfat işləri üzrə müavinidir (?).
Artıq çatdıq deməkdir, liseyin mühasibi və təsərrüfat işləri üzrə direktor müavini... Bəs edər, gülüşün səbəbi bəlli oldu. Onu pul güldürür.
Beləliklə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı üçün fotofakt.
Buyurun, İlqar Bayramlı... Bizi bloklamaqla heç nəyə nail ola bilmərsiz... Baxın, bəlkə siz bu adamlara anladasız ki, anım tədbirlərində gülməzlər... Əgər sizin üçün maraqlıdırsa...
Ədil Hüseynli
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]