Naxçıvanın Təhsil Naziri Elxan Nəcəfovda tutduğu vəzifədən azad edilir - İDDİA

25-09-2026, 07:44           
Naxçıvanın Təhsil Naziri Elxan Nəcəfovda  tutduğu vəzifədən azad edilir - İDDİA
Aldığımız dəqiq xəbərə əsasən bu gün Elxan Nəcəfov tutduğu vəzifədən azad edilir
Naxçıvan təhsilinin idarə olunmasında Təhsil Naziri Elxan Nəcəfovun və komandasının nöqsanları barədə dəfələrlə danışdıq, xəbərdarlıqlar etdik. Təəssüf ki, səslənən iradlar eşidilmədi və sonda dövlətin qərarları ali və həlledici oldu!
İndi əsas məsələ kimin fəaliyyətinin dayandırılması deyil, təhsilin başına gətirilmiş problemlərin obyektiv şəkildə araşdırılması, məsuliyyətin müəyyənləşdirilməsi və nəticələrin aradan qaldırılmasıdır.
Təhsil şəxsi ambisiyaların, yarıtmaz idarəçilik və yanlış kadr siyasətinin sınaq meydanı deyil. Naxçıvan təhsilinin taleyi daha ciddi, peşəkar və məsuliyyətli yanaşma tələb edir.
Çünki xəbərdarlığı eşitməyən idarəçilik bir gün nəticələrin səsini eşitməyə məcbur olur.
Sima Babayeva












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]