Arif Hacılı oğlunun və gəlininin HƏBSİNDƏN DANIŞDI

24-09-2026, 15:52           
Arif Hacılı oğlunun və gəlininin HƏBSİNDƏN DANIŞDI
ABŞ-də ölkədə olan sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil.

TEREF xəbər verir ki, bunu teleqraf-a Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-də həbs edildiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, oğlu və gəlini ümumiyyətlə, həbs olunmayıblar: "Heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədər müəyyən araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvələrində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması kimi yayılan xəbərlər tamamilə uydurmadır”.

Arif Hacılı bildirib ki, hazırda ABŞ-dəki vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür: "Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.

Qeyd edək ki, Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-də həbs edildiyi iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]